Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-124/2024 04.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(073)-603/2024 saylı icra sənədləri üzrə Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(073)-603/2024 saylı icra sənədinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(073)-603/2024 saylı icra sənədinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməsi qət edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(073)-603/2024 saylı icra vərəqəsi 24 aprel 2024-cü il tarixdə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin gün də «İcra haqqında» Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq qərar qəbul edilmişdir. Borclu heç bir üzrlü səbəb göstərmədən bu günə kimi icra tələbini tam təmin etməmişdir, borcunu ödəməmişdir. Aparılmış icra tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Borclu tez-tez Azərbaycan Respublikasının ərzisindən kənara gedir. Borclu belə hərəkət etməklə məhkəmənin bu barədə olan icra sənədlərinin icrasından yayınır. Qeyd edilənlərin nəzərə alınaraq Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra orqanının təqdimatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(073)- 603/2024 saylı icra sənədinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, icra sənədlərinin icrasını təmin etmək məqsədilə icra şöbəsinin gördüyü məcburi icra tədbirləri çərçivəsində Borclu ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın dəlilləri əsaslıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəblərdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti məhdudiyyət, Borclu tələbkara olan borcunu ödədiyi günədək onun ölkə ərazisindən çıxmasına məhdudiyyət qoyulması kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266- 268-ci, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Təqdimat təmin edilsin. Borclu Azərbaycan Respublikasından getmək hüququ Cəlilabad Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(073)-603/2024 saylı icra sənədinə əsasən tələbkar X1 olan borclarını ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün muddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №8(073)-124/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-124/2024
04.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver