Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-128/2025 18.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu məxsus əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(073)287/2025 saylı icra vərəqinə əsasən Borclu iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 2024-cü il üçün ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində ailmentin tutularaq tələbkar X2 ödənilməlidir. Cəlilabad rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(073)287/2025 saylı icra vərəqini icra edən Cəlilabad rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına «Mercedes Benz C200 CDİ» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(073)287/2025 saylı icra vərəqinə əsasən Borclu iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 2024-cü il üçün ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində ailmentin tutularaq tələbkar X2 ödənilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbinə əsasən Borclu tələbin könüllü icrası barədə bildiriş və qərar rəsmi olaraq göndərilmiş, lakin Borclu məhkəmənin bu barədə olan icra vərəqəsində göstərilən borcunu könüllü ödmədiyindən borclunun əmlak vəziyyəti “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq rəsmi sorğularla yoxlanılmışdır. Aparılmış icra tədbirləri nəticəsində Borclu adına «Mercedes Benz C200 CDİ» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olduğu müəyyən edilmişdir. İcra sənədinin icrası məqsədilə Borclu adına «Mercedes Benz C200 CDİ» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq, satılıb borcun ödənilməsi məqsədə müvafiqdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Cəlilabad rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(073)287/2025 saylı icra vərəqini icra olunması üçün Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, həmin şöbənin icraata başlama haqqında qərarına əsasən icra sənədi icraata qəbul edilmiş və Borclu icranın 10 gün müddətində könüllü icra olunması üçün həmin tarixdə bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu həmin müddət ərzində icra sənədində göstərilən tələbi könüllü təmin etməmişdir. İşdə olan Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görür ki, Borclu adına «Mercedes Benz C200 CDİ» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyma və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edirki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM–nin 157–159, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Təqdimat təmin edilsin. Borclu adına «Mercedes Benz C200 CDİ» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun və həmin nəqliyyat vasitəsinin satılması yolu ilə tələb əmlaka yönəldilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №8(073)-128/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-128/2025
18.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver