Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-13/2025 27.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimatına Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon Məhkəməsinin 17 iyun 2022ci il tarixli, 2(073)-566/2022 saylı icra vərəqəsinə əsasən Borclu “Chevrolet Cruze” minik markalı, **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi alınaraq tələbkar "xxxx" MMC-yə verilməlidir. Cəlilabad rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(073)- 566/2022 saylı icra vərəqəsinin icrası məqsədilə Cəlilabad rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 8(073)-241/2023 saylı qərardadına əsasən Borclu məxsus «“Chevrolet Cruze” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. 18 dekabr 2024-cü ildə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinin tələblərinə əsasən Cəlilabad rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-566/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. Odur ki, borcluya məxsus avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Ona görə də, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu məxsus “Chevrolet Cruze” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edirki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Beləki, işdə olan Cəlilabad rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(073)- 566/2022 saylı icra vərəqəsinə əsasən Borclu “Chevrolet Cruze” minik markalı, **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi alınaraq tələbkar "xxxx" MMC-yə verilməlidir. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 8(073)- 241/2023 saylı qərardadından görünürki, Borclu məxsus “Chevrolet Cruze” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. İşdə olan "xxxx" MMC Cəlilabad rayonu İcra və Probasiya şöbəsinə ünvanladığı 18 dekabr 2024-cü il tarixli məktubunda bildirmişdir ki, Cəlilabad rayon Məhkəməsinin 2(073)- 566/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsinin icrası tam şəkildə təmin edilmişdir və Borclu barəsində başlanılmış icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edirki, Cəlilabad rayon Məhkəməsinin 2(073)-566/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsinin icrası tam şəkildə təmin edildiyinə və "xxxx" MMC tərəfindən Borclu barəsində başlanılmış icra sənədi üzrə icraata xitam verilməsini xahiş olunduğuna görə Cəlilabad rayon məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 8(073)-241/2023 saylı qərardadına əsasən Borclu məxsus “Chevrolet Cruze” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Təqdimat təmin edilsin. Cəlilabad rayon məhkəməsinin Cəlilabad rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(073)-566/2022 saylı icra vərəqəsi üzrə olunan tələbin icrası tam şəkildə təmin edildiyinə və "xxxx" MMC tərəfindən Borclu barəsində başlanılmış icra sənədi üzrə icraata xitam verilməsini xahiş olunduğuna görə Cəlilabad rayon məhkəməsinin 12 sentyabr 2023cü il tarixli, 8(073)-241/2023 saylı qərardadına əsasən Borclu məxsus “Chevrolet Cruze” minik markalı, **-PC-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №8(073)-13/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-13/2025
27.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver