Məhkəmə qərarları › İş №8(073)-159/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-159/2024

12.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-159/2024 12.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, e-2(073)-1142/2024 saylı icra vərəqəsinə əsasən Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, e-2(073)-1142/2024 saylı icra vərəqəsinə əsasən Borclu 4195 manat məbləğində pul vəsaiti və 61,95 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, e-2(073)-1142/2024 saylı icra vərəqəsinə əsasən Borclu 4195 manat məbləğində pul vəsaiti və 61,95 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Borclu tələbkara 4256,95 manat borcu vardır. Cəlilabad Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, e-2(073)- 1142/2024 saylı icra vərəqəsi 13 iyun 2024-cü il tarixdə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin gün də «İcra haqqında» Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq qərar qəbul edilmişdir. Borclu heç bir üzrlü səbəb göstərmədən bu günə kimi icra tələbini tam təmin etməmişdir, borcunu ödəməmişdir. Aparılmış icra tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Borclu tez-tez Azərbaycan Respublikasının ərzisindən kənara gedir. Borclu belə hərəkət etməklə məhkəmənin bu barədə olan icra sənədinin icrasından yayınır. Qeyd edilənlərin nəzərə alınaraq Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra orqanının təqdimatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, e-2(073)-1142/2024 saylı icra vərəqəsinə əsasən Borclu 4195 manat məbləğində pul vəsaiti və 61,95 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə icra şöbəsinin gördüyü məcburi icra tədbirləri çərçivəsində Borclu ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın dəlilləri əsaslıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəblərdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti məhdudiyyət, Borclu tələbkara olan borcunu ödədiyi günədək onun ölkə ərazisindən çıxmasına məhdudiyyət qoyulması kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266- 268-ci, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Təqdimat təmin edilsin. Borclu Azərbaycan Respublikasından getmək hüququ Cəlilabad Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, e-2(073)-1142/2024 saylı icra vərəqəsinə əsasən tələbkar "xxxx" MMC-yə olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün muddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar