Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-183/2024 29.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1062/2024 saylı icra sənədi üzrə Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1062/2024 saylı icra vərəqəsinə əsasən 14 mart 2024-cü ildən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü Nərmin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı X1 verilməlidir. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən qəbul edilmiş icraata başlamaq haqqında qərar və bildiriş borcluya poçt vasitəsi ilə göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmni edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Odur ki, Cəlilabad rayon məhkəməsi tərəfindən verilmiş 2(073)-1062/2024 saylı, 03 iyun 2024-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə uyğundur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar X2, Borclu və Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra orqanının təqdimatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)- 1062/2024 saylı icra vərəqəsindən görünür ki, 14 mart 2024-cü ildən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü Nərmin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı X1 verilməlidir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1062/2024 saylı icra sənədi icraata qəbul edilmiş və Borclu 10 gün müddətində icranı könüllü təmin etməsi tələb olunmuşdur. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə icra orqanının gördüyü məcburi icra tədbirləri çərçivəsində cavabdeh Borclu ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın dəlilləri əsaslıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda cavabdeh tərəfindən üzrsüz səbəblərdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti məhdudiyyət, Borclu tələbkara olan borcunu ödədiyi günədək onun ölkə ərazisindən çıxmasına məhdudiyyət qoyulması kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266- 268-ci, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu Azərbaycan Respublikasından getmək hüququ Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1062/2024 saylı icra sənədi üzrə tələbkar X1 olan aliment borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №8(073)-183/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-183/2024
29.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver