Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-186/2025 10.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin borclunun torpaq sahəsinin üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Cəlilabad rayon məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(073)-572/2024 saylı icra vərəqəsinə əsasən borclular Borclu və X1 19600 manat, vəkilin göstərdiyi hüququ yardıma görəb 400 manat və ödənilmiş rüsumun əvəzi qismində 151 manat olmaqla, cəmi 20151 manat müştərək qaydada alınıb tələbkar X2 verilməlidir. Cəlilabad rayon məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(073)-572/2024 saylı icra sənədini icra edən Cəlilabad rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu Cəlilabad şəhərində yerləşən xx.xx.2015-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə 0.67 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı onunla əsaslandırmışdır ki, Cəlilabad rayon məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(073)- 572/2024 saylı icra vərəqəsinə əsasən borclular Borclu və X1 19600 manat, vəkilin göstərdiyi hüququ yardıma görəb 400 manat və ödənilmiş rüsumun əvəzi qismində 151 manat olmaqla, cəmi 20151 manat müştərək qaydada alınıb tələbkar X2 oğluna verilməsi qət edilmişdir. Aparılmış icra tədbirləti nəticəsində Borclu Cəlilabad şəhərində yerləşən xx.xx.2015-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə 0.67 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Cəlilabad rayon məhkəməsinin 02 aprel 2024-cü il tarixli icra sənədinin icrası məqsədilə Borclu Cəlilabad şəhərində yerləşən xx.xx.2015-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə 0.67 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında icra orqanının təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Cəlilabad şəhərində yerləşən 0.67 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi barədə Borclu adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM–nin 231, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Borclu 0.67 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması haqqında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin təqdimatı əsassız olduğundan təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №8(073)-186/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-186/2025
10.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver