Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-190/2025 12.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, X2 iştirakı ilə, X2 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-(073)-924/2023 saylı icra vərəqəsinin hissə-hissə icrasına dair ərizəsinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-(073)-924/2023 saylı icra vərəqəsinin ayda 50 manat olmaqla hissə-hissə ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-(073)-924/2023 saylı qətnaməsinə əsasən mənəvi zərərə görə 1500 (bir min beş yüz) manat və 100 (bir yüz) manat dövlət rüsumunun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Maddi imkanı zəif olduğundan qətnamədə göstərilən məbləği ödəyə bilmədiyi üçün həmin borcun hissə-hissə icra edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Belə ki, qətnamədə göstərdən məbləğ onun hnzırki maddi vəziyyəti ilə müqayisə olunan zaman həddindən artıq çoxdur. Maddi imkanı tamamilə zəifdir. Hətta müflis vəziyyətdədir. Bundan əlavə səhhətində problem olan ailə üzvləri vardır. Anası və bacısı (hər ikisi) birinci qrup əlil və yataq xəstəsidirlər, onların müalicəsini etdirməyə imkanı yoxdur. Hazırda ailədə yeganə qazanc gətirən odur. Özü məktəbdə fiziki tərbiyə müəllimi işləyir. Ailəsinin tələbatlarını güclə ödəyir. Aylıq əmək haqqının 25 faizi alimentin ödənilməsi üçün, 25 faizi məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-(073)926/2023 saylı qətnaməsinə əsasən iddiaçı X6 mənəvi zərərə görə ödənilməsi üçün tutulur. Bundan əlavə "xxxx" ASC-nin Cəlilabad filialında kredit öhdəliyi vardır ki, hər ay 103.55 manat pul ödəməlidir. Buna baxmayaraq Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən xx.xx.2023cü il tarixli, 2-(073)-924/2023 saylı qətnamənin də icrası tələb olunur. Lakin artıq onun bu qətnamənin də icrasına maddi gücü çatmır. Maddi vəziyyətinin həddindən artıq pis olmasını, ailəsinin həyat şəraitinin çətin olmasını nəzərə alaraq ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçi X9 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəməyə ərizə göndərərək göstərmişdir ki, X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-(073)-924/2023 saylı icra vərəqəsinin hissə-hissə icrasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, X9 iki məktəbdə müəllim kimi fəaliyyət göstərir və pensiya alır. Ərizəsində bildirir ki, maddi imkanı yoxdur, ödəniş edə bilmir. Əslində isə borclu onu (tələbkarı) incitmək və süründürmək üçün bu yola əl atıb. Borclu Məhkəmə qətnaməsi üzrə hələ də ona veriləsi təkzibi tam qətnaməyə uyğun verməmişdir və hələ də çirkin əməllərindən əl çəkməyərək, onun (tələbkarın) oğlunun və qardaşı oğlunun barəsində müxtəlif idarə və təşkilatlara yenə də əsassız olaraq yalan, şər, böhtan etməkdə davam edir. Göründüyü kimi X9 bu əməlləri etməkdə qərəzlidir və məhkəmənin xx.xx.2023-cü il tarixli 2-(073)-924/2023 saylı qətnaməsinin hissə-hissə icrasını tələb edərək, onu süründürmək və ondan qisas almaq niyətindədir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, ərizəni, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-(073)- 924/2023 saylı qərardadından görünür ki, həmin qəraradala iddiaçı Tələbkar cavabdeh X8 qarşı şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi və həmin məlumatların yayılmasına görə 8000 (səkkiz min) manat mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)-924/2023 saylı qətnaməsində buraxılmış yanlışlığa düzəliş edilərək, qətnamənin “qət etdi:” hissəsində 3cü abzas «Cavabdeh X4 mənəvi zərərə görə 1 500 (bir min beş yüz) manat və 100 (bir yüz) manat dövlət rüsumu alınıb iddiaçı X8 verilsin.» əvəzinə «Cavabdeh X4 mənəvi zərərə görə 1 500 (bir min beş yüz) manat və 100 (bir yüz) manat dövlət rüsumu alınıb iddiaçı Tələbkar verilsin.» kimi qəbul edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" ASC-nin Cəlilabad filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, X9 xx.xx.2025-ci il tarixində "xxxx" ASCnin Cəlilabad filialından illik faiz dərəcəsi 16.9 % olmaqla 4 ay müddətinə 400 manat məbləğində kredit götürmüşdür, aylıq ödəniş öhdəliyi 103.55 manat təşkil edir. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi barədə mövcud qanunvericiliyi və formalaşmış hüquqi təcrübəni, möhlət verilməsi üçün müstəsna əsasların mövcudluğunun mütləqliyini, bu zaman tələbkarın da mənafeyinin nəzərə alınmasının vacibliyini, həmçinin məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilmiş maddi imkanın zəifliyi barədə cavabdeh (borclu) tərəfindən hər hansı mötəbər sübutun təqdim edilmədiyini, borcun məbləğini və həmin məbləğin icra mərhələsində müəyyən hissələrlə ödənilməsi imkanını, eləcə də iddiaçı (tələbkar) tərəfindən məhkəməyə göndərilmiş ərizədə göstərilən halları da nəzərə alaraq hesab edir ki, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi və ya qətnamənin hissə-hissə icra edilməsinin təmin edilməsi üçün hər hansı əsas yoxdur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli Qərarına əsasən, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddənin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. X3 icra sənədini üzrlü səbəblərdən icra edə bilməməsi ilə bağlı ərizəsində göstərdiyi halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə halda isə məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin hissə-hissə icrası tələbkarın mənafeyinə uyğun deyil və onun əmlak hüquqlarının pozulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1, 263-264, 266-268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-(073)-924/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №8(073)-190/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-190/2025
12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver