Məhkəmə qərarları › İş №8(073)-192/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-192/2024

02.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-192/2024 02.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1384/2023 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Cəlilabad rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1384/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu cəmi 18000 manat pul və 144 manat dövlət rüsumu alınıb iddiaçı X2 verilməlidir. Cəlilabad rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən qəbul edilmiş icraata başlamaq haqqında qərar və bildiriş borcluya poçt vasitəsi ilə göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1384/2023 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə uyğundur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1384/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu cəmi 18000 manat pul və 144 manat dövlət rüsumu alınıb iddiaçı X2 verilməlidir. İşdə olan apellyasiya şikayətinin surətindən görünür ki, borclu Məmmədov X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1384/2023 saylı qətnaməsində narazı olduğu üçün xx.xx.2024-cü il tarixli apellyasiya şikayəti vermişdir. İcra məmurunun tələbin könüllü icrası barədə barədə xx.xx.2024-cü il tarixli bildirişində olan qeyddən görünür ki, şəxs (cavabdeh) həmin bildirişi xx.xx.2024-cü il tarixdə almışdır. İcra məmuru hazırki icra sənədinin icrası zamanı cavabdehin apellyasiya şikayəti verdiyindən məlumatsız olmuş, icra tədbirlərinin icrasına başlamışdır. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, borclu (cavabdeh) məhkəmə qətnaməsini mübahisələndirmiş və apellyasiya şikayəti vermişdir, yekun məhkəmə aktı qüvvəyə minənədək onun ölkədən getmək hüququnun məhdudlaşdırılması qanuni hesab edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1384/2023 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar