Məhkəmə qərarları › İş №8(073)-204/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-204/2025

25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-204/2025 25.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Məhkəmə iclas katibi Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Borclu Allahşükür oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu Allahşükür oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Əskərov məhkəməyə yazılı qaydada müraciət edərək zərurət aradan qalxdığından Borclu Allahşükür oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçının məhkəməyə ünvanladığı ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, təqdimatın geri qaytarılmasına dair ərizə məhkəməyə daxil olduğundan, Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Borclu Allahşükür oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat və ona əlavə edilmiş sənədlər Cəlilabad rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Borclu Allahşükür oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat və ona əlavə edilmiş sənədlər Cəlilabad rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar