Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-214/2025 14.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, X1, Tələbkar iştirakı ilə, Ərizəçi (borclu) X4 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-(073)- 1472/2024 saylı icra vərəqəsinin hissə-hissə icrasına dair ərizəsinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-(073)- 1472/2024 saylı qətnaməsinin hissə-hissə ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-(073)-1472/2024 saylı qətnaməsinə əsasən cavabdeh X3 dəymiş zərərə görə 2825 manat və 52.13 manat dövlət rüsumunun alınıb iddiaçı Tələbkar verilməsi qət olunmuşdur. Həmin borcdan ərizəçinin (X4) 412 manat pensiyasından 50 faiz tutulub iddiaçıya ödənilmişdir. Ərizəçi xx.xx.2025-ci ildə Kapital Bankdan 6220 manat kredit götürmüş və hər ay 247 manat ödəniş edir. Yəni ərizəçinin aldığı pensiyada ona pul qalmır. Hal-hazırda maddi imkanı çətin olduğundan borcunu ödəməkdə çətinlik çəkir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X5 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Özünün kredit borcu var, aylıq 247 manat ödəniş edir, özü isə işləmir, pensiya alır. Qətnaməni icra etməyə maddi imkanı çatmır, ona görə də hissəhissə icra edilməsini xahiş edir. Məhkəmə iclasında Tələbkar ərizənin təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, avtomobilin təmir xərci xeyli yüksəkdir, həm də asanlıqla tapılmadığına görə məcbur qalıb xarici ölkədən sifariş edib. Avtomobil borclunun təqsiri üzündən xeyli müddətdir ki, istismar edilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-(073)- 1472/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh X3 dəymiş zərərə görə 2825 manat və 52.13 manat dövlət rüsumunun alınıb iddiaçı Tələbkar verilməsi qət olunmuşdur. İşdə olan "xxxx" ASC-nin Cəlilabad filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə Əlavədən görünür ki, X5 xx.xx.2025-ci il tarixində "xxxx" ASC-nin Cəlilabad filialınn illik faiz dərəcəsi 27.5 % olmaqla 38 ay müddətinə 6220 manat məbləğində kredit götürmüşdür. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi barədə mövcud qanunvericiliyi və formalaşmış hüquqi təcrübəni, möhlət verilməsi üçün müstəsna əsasların mövcudluğunun mütləqliyini, bu zaman tələbkarın da mənafeyinin nəzərə alınmasının vacibliyini, həmçinin məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilmiş maddi imkanın zəifliyi barədə cavabdeh (borclu) tərəfindən hər hansı mötəbər sübutun təqdim edilmədiyini, borcun məbləğini və həmin məbləğin icra mərhələsində müəyyən hissələrlə ödənilməsi imkanını, eləcə də iddiaçı (tələbkar) tərəfindən məhkəməyə göndərilmiş ərizədə göstərilən halları da nəzərə alaraq hesab edir ki, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi və ya qətnamənin hissə-hissə icra edilməsinin təmin edilməsi üçün hər hansı əsas yoxdur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014cü il tarixli Qərarına əsasən, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə belə möhlət verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr olduqda tətbiq edilməli, işdə iştiak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddənin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. X2 icra sənədini üzrlü səbəblərdən icra edə bilməməsi ilə bağlı ərizəsində göstərdiyi halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Kredit təşkilatı qarşısında kredit öhdəliyinin olması isə qətnamənin icrasına möhlət verilməsi üçün yeganə mütləq əsas hesab edilə bilməz. Belə olan halda məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi tələbkarın mənafeyinə uyğun deyil və onun əmlak hüquqlarının pozulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X1 məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1, 231.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №8(073)-214/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-214/2025
14.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver