Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-237/2025 30.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, Cəlilabad Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(073)-166/2023 saylı icra vərəqələri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Cəlilabad rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar X7 və Borclu məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsində göstərilmişdir ki, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək bildirdi ki, Cəlilabad Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(073)-166/2023 saylı icra vərəqəsinə əsasən, Borclu 28 oktyabr 2022-ci il tarixdən başlayaraq 02 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində pul məbləğində aliment tutularaq tələbkar X5 verilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi Cəlilabad rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Lakin borclu bu günədək icra sənədinin icrasını tam təmin etməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə İcra və Probasiya şöbəsinin təqdimatını və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(073)-166/2023 saylı icra vərəqəsinə əsasən, Borclu 28 oktyabr 2022-ci il tarixdən başlayaraq 02 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində pul məbləğində aliment tutularaq tələbkar X5 verilməsi qət qət edilmişdir. İş materiallarında Cəlilabad rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlama haqqında” qərarının surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(073)-166/2023 saylı icra vərəqəsi icraata qəbul edilmiş və Borclu icranı könüllü təmin etməsi tələb olunmuşdur. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə icra orqanının gördüyü məcburi icra tədbirləri çərçivəsində Borclu ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın dəlilləri əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəblərdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti məhdudiyyət, borclu X3 tələbkara olan borcunu ödədiyi günədək onun ölkə ərazisindən çıxmasına məhdudiyyət qoyulması kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 268ci və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(073)-166/2023 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Cəlilabad şəhəri M.ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ tələbkar X5 olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №8(073)-237/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-237/2025
30.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver