Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-239/2024 05.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədirliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad rayon məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(073)-1264/2024 saylı icra vərəqəsinin icrası məqsədi ilə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada gətirilməsi haqqında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin qərara məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad rayon məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(073)-1264/2024 saylı icra vərəqəsinə əsasən Borclu 1000 (bir min) manat pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1030 (bir min otuz) manat pul vəsaiti alınıb tələbkar X2 verilməlidir. Qərar onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(073)-1264/2024 saylı icra vərəqəsinə əsasən Borclu 1000 (bir min) manat pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1030 manat pul vəsaiti alınıb tələbkar X2 verilməsi qət edilmişdir. Cəlilabad rayon məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(073)-1264/2024 saylı icra vərəqəsi 21 noyabr 2023-cü il tarixdə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin gün də «İcra haqqında» Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq qərar qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında bildiriş Borclu qeydiyyatda olduğu ünvana göndərilmiş, icra müddəti ərzində borcludan 1030 (bir min otuz) manat borc tələb olunsa da, borclu borcunu ödəməmiş və ödəməkdən imtina etmişdir. İcra vərəqəsinin icrası təmin olunmamışdır. Borclu qeydiyyatda olduğu ünvanına gedilsə də, dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılaraq şöbəyə dəvət olunmuş, həmçinin məhkəmə qərarının icra olunması ondan tələb edilmiş, o, borcunu ödəməyəcəyini bildirərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməməyək şöbəyə gəlməkdən imtina etmişdir. Ona görə də Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 şəhəri, Səfa Axundov küçəsi, ev 23 ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Borclu məcburi gətirilməsi haqqında icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən borclu barəsində çıxarılmış qətnamədən məlumatı olmasına, eləcə də icra məmurunun borcun ödənilməsi ilə bağlı tələbinə əməl etməməsinə görə nəzərdə tutulmuş qaydada məhkəmənin qərarı ilə məcburi gətirilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cəlilabad rayon məhkəməsinin 17 avqust 2023cü il tarixli 2(073)-1264/2024 saylı icra vərəqəsi 21 noyabr 2023-cü il tarixdə icraata daxil olmuş və həmin gün də «İcra haqqında» Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq qərar qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında bildiriş Borclu qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin icra vərəqəsinin icrası təmin olunmamışdır. Məhkəmənin bu barədə olan icra vərəqəsinin icrası Borclu məcburi formada tələb edilmiş, lakin borclu icranı yenə də təmin etməmişdir. Borclu qeydiyyatda olduğu ünvanına gedilsə də, o borcu ödəməkdən və İcra Şöbəsinə gəlməkdən imtina etmişdir. Məhkəmənin bu barədə olan icra vərəqəsinin icrası Borclu məcburi formada tələb edilmiş, lakin borclu icranı yenə də təmin etməmişdir. Borclu ilə dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılaraq şöbəyə dəvət olunmuş, məhkəmənin icra vərəqəsinin icra olunması ondan tələb edilmiş, o, qəti surətdə borcu ödəməyəcəyini bildirərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və müxtəlif bəhanələrlə bu tələbdən imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edirki, qərar əsaslı olduğundan təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsini nəzərdən keçirərək, məhkəmə... Qərara aldı: Cəlilabad rayon məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(073)-1264/2024 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardadan qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №8(073)-239/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-239/2024
05.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver