Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-241/2023 12.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(073)-566/2022 saylı icra vərəqinə əsasən Borclu Chevrolet Cruz minik markalı **-OC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi tələbkar “X3” MMC-yə ödənilməlidir. Cəlilabad rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(073)-566/2022 saylı icra vərəqini icra edən Cəlilabad rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, “X3” MMC ilə Borclu arasında bağlanmış 18 noyabr 2016-cı il tarixli, K- 190A-PCC-16 saylı alqı-satqı müqaviləsi ilə lizinqə verilmiş Chevrolet Cruz minik markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon məhkəməsinin 17 iyun 2023ci il tarixli, 2(073)-566/2022 saylı icra vərəqinə əsasən Borclu Chevrolet Cruz minik markalı **-OC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi tələbkar “X3” MMC-yə ödənilməsi qət edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbinə əsasən Borclu tələbin könüllü icrası barədə bildiriş və qərar rəsmi olaraq göndərilmiş, lakin Borclu məhkəmənin bu barədə olan icra vərəqəsində göstərilən borcunu könüllü icra etməmişdir. X3” MMC ilə Borclu arasında bağlanmış 18 noyabr 2016-cı il tarixli, K-190A- PCC-16 saylı alqı-satqı müqaviləsi ilə lizinqə verilmiş Chevrolet Cruz minik markalı **-OC- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Cəlilabad rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(073)-566/2022 saylı icra vərəqini icra olunması üçün Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, həmin şöbənin icraata başlama haqqında qərarına əsasən icra sənədi icraata qəbul edilmiş və Borclu tələbin 10 gün müddətində könüllü icra olunması üçün həmin tarixdə bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu həmin müddət ərzində icra sənədində göstərilən tələbi könüllü təmin etməmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(073)-566/2022 saylı icra vərəqəsindən görünür ki, “X3” MMC ilə Borclu arasında bağlanmış 18 noyabr 2016-cı il tarixli, K-190A-PCC-16 saylı alqı-satqı müqaviləsi ilə lizinqə verilmiş Chevrolet Cruz minik markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun istifadəsinə verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyma və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edirki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM–nin 157–159, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Təqdimat təmin edilsin. “X3” MMC ilə Borclu arasında bağlanmış 18 noyabr 2016-cı il tarixli, K-190A-PCC-16 saylı alqı-satqı müqaviləsi ilə lizinqə verilmiş Chevrolet Cruz minik markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №8(073)-241/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-241/2023
12.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver