Məhkəmə qərarları › İş №8(073)-264/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-264/2023

27.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-264/2023 27.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, X1, onun vəkili X8, X4 iştrakı ilə, Cəlilabad rayon məhkəməsinin 21 iyun 2023-ci il tarixli, 2(073)-358/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə X7 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Cəlilabad rayon məhkəməsinin 21 iyun 2023-ci il tarixli, 2(073)-358/2023 saylı qətnaməsinə əsasən X2 10000 (on min) manat borcun və 126 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı X13 ödənilməsi qət edilmişdir. Ərizəçi X3 rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(073)-358/2023 saylı qətnamədə göstərilən borcun ödənilməsi üçün ona 6 (altı) ay müddətində möhlət hüququnun verilməsi barədə qərarda qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 ərizəsini onunla əsaslandırdı ki, Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-(073)-358/2023 saylı qətnaməsi qismən təmin edilərək, ondan 10000 (on min) manat borcun və 126 manat dövlət rüsumunun alınıb iddiaçı X20 ogluna ödənilməsi qət edilmişdir. O, Cəlilabad rayon Maşlıq kəndində yaşayır və özü kənd təsərrüfatı ilə məşqul olur. Onun əlində pul ancaq hər məhsul yığımından sonra olur. Məhkəmə qətmanəsi ilə 10000 manat borcunu öyrəndikdən dərhal sonra yay sezonundan götürdüyü məhsulu sataraq 3000 manat pulu həmin 10000 manat borcumdan ödəniş etmiş. Hal-hazırda da o əkin əkmiş və yaz məhsulumu gözləyir. Həmin məhsulu götürən kimi iddiaçı Taleh Həsənova qalan 7000 (yeddi min) manat borcunu tam şəkildə ödəyəcəkdir. Özü heç bir yerdə işləmir və hazırda ailədə yeganə qazanc gətirən şəxsdir və təsərrüfatdan başqa gəlir yeri yoxdur. Ona görə də həmin borcun tam şəkildə ödənilməsi üçün 6 (altı) ay möhlət verilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X14 izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(073)-358/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Cəlilabad rayon İcra və Probasiya Şöbəsi 21 iyun 2023-cü il tarixdə icraata başlamış, borclu X9 10 gün könüllü müddət təklif edilmiş, lakin X12 icra vərəqəsini tam icra etməmişdir. X9 dəfələrlə məhkəmə qətnaməsindən əvvəlki dövürdə və qətnamə çıxarıldıqdan sonraki dövürdə vaxt verməsinə baxmayaraq o, borclu olduğu pulu qaytarmağdan qəsdən yayınmışdır. Borclu hər dəfə onu aldatmış, payız məhasulunda, yaz məhsulunda borcu qaytaracağını deyerək, hər dəfə yalan vədlər verərək onu aldadaraq pulunu verməmişdir. Borclu özü dediyi kimi əkin əkir, iş görür, ondan aldığı pulla özünə xeyli mal qara almış lakin o, özü pulu ala bilmədiyindən dolanışığı üçün heç bir iş görə bilmir. Borclu icra vərəqəsinin qəsdən icra etmir. Ona görə də borclu X7 Cəlilabad rayon məhkəməsinin 21 iyun 2023-ci il tarixli, 2(073)-358/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinin təmin edilməməsini xahiş etdi. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən icra məmurunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin 21 iyun 2023-ci il tarixli, 2(073)-358/2023 saylı qətnaməsinə əsasən X2 10000 (on min) manat borcun və 126 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı X13 ödənilməsi qət edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 07 avqust 2023-cü il tarixli qərarından görünür ki, Cəlilabad rayon məhkəməsinin 21 iyun 2023-ci il tarixli, 2(073)- 358/2023 saylı qətnaməsinin icrası məqsədi ilə borclu X9 icra vərəqəsinin icrasının təmin edilməsi üçün 10 gün könüllü müddət verilmişdir. Məhkəmə borclunun və tələbkarın izahatlarını dinləyib iş materiallarını tədqiq edib, toplanmış sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 231.1 maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə-issə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İş materiallarından görünür ki, məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 02 avqust 2023-cü il tarixdə icraya yönəldilmişdir. X2 icra vərəqəsi icraya yönəldiyi gündən hazırki vaxtdadək 10000 (on min) manat borcun və 126 manat ödənilmiş dövlət rüsumun tələb olunsa da, bu günədək icra vərəqəsini tam icra etməkdən yayınmışdır. Ona görə də ərizə əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı : X1 Cəlilabad rayon məhkəməsinin 21 iyun 2023-ci il tarixli, 2(073)-358/2023 saylı qətnaməsinin icrasına 6 (altı) ay möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar