Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-264/2024 30.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasındabaxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(073)-2170/2023 saylı icra vərəqəsinə əsasən Borclu müştərək qaydada 2516,57 manat məbləğində pul vəsaiti və 45,17 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Cəlilabad Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(073)-2170/2023 saylı icra vərəqini icra edən Cəlilabad rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına «VAZ 21063» minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(073)-2170/2023 saylı icra vərəqəsinə əsasən Borclu müştərək qaydada 2516,57 manat məbləğində pul vəsaiti və 45,17 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbinə əsasən Borclu tələbin könüllü icrası barədə bildiriş və qərar rəsmi olaraq göndərilmiş, lakin Borclu məhkəmənin bu barədə olan icra vərəqəsində göstərilən borcunu könüllü ödmədiyindən borclunun əmlak vəziyyəti “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq rəsmi sorğularla yoxlanılmışdır. Aparılmış icra tədbirləri nəticəsində Borclu adına «VAZ 21063» minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrası məqsədilə Borclu adına «VAZ 21063» minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, satılıb borcun ödənilməsi məqsədə müvafiqdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, borclunun əmlakıüzərinə həbs qoyulması haqqında icra məmurunun təqdimatıəsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünürki, Cəlilabad Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(073)-2170/2023 saylı icra vərəqini icra olunması üçün Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, həmin şöbənin icraata başlama haqqında qərarına əsasən icra sənədi icraata qəbul edilmiş və Borclu icranın 10 gün müddətində könüllü icra olunması üçün həmin tarixdə bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu həmin müddət ərzində icra sənədində göstərilən tələbi könüllü təmin etməmişdir. İşdə olan Avtomobil nəqliyyat məlumatları cədvəlindən görünür ki, Borclu adına «VAZ 21063» minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinəəsasən borclunun əmlakıüzərinə həbs qoyma və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 318.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edirki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM–nin 157–159, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Təqdimat təmin edilsin. Borclu adına «VAZ 21063» minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun və həmin avtomobilin satılması yolu ilə tələb əmlaka yönəldilsin. Qərardaddan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №8(073)-264/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-264/2024
30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver