Məhkəmə qərarları › İş №8(073)-277/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-277/2024

01.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-277/2024 01.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Borclu əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasındabaxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(073)-1065/2024 saylı icra vərəqəsinə əsasən Borclu maddi zərərə görə 2898 manat və ödənilmiş 49 manat dövlət rüsumu alınaraq tələbkar X1 verilməlidir. Cəlilabad Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(073)-1065/2024 saylı icra vərəqini icra edən Cəlilabad rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına «Volkswagen Passat» minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 20 iyun 2024cü il tarixli, 2(073)-1065/2024 saylı icra vərəqəsinə əsasən Borclu maddi zərərə görə 2898 manat və ödənilmiş 49 manat dövlət rüsumu alınaraq tələbkar X1 verilməsi qət edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbinə əsasən Borclu tələbin könüllü icrası barədə bildiriş və qərar rəsmi olaraq göndərilmiş, lakin Borclu məhkəmənin bu barədə olan icra vərəqəsində göstərilən borcunu könüllü ödmədiyindən borclunun əmlak vəziyyəti “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq rəsmi sorğularla yoxlanılmışdır. Aparılmış icra tədbirləri nəticəsində Borclu «Volkswagen Passat» minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrası məqsədilə Borclu adına «Volkswagen Passat» minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, satılıb borcun ödənilməsi məqsədə müvafiqdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünürki, Cəlilabad Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(073)-1065/2024 saylı icra vərəqini icra olunması üçün Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, həmin şöbənin icraata başlama haqqında qərarına əsasən icra sənədi icraata qəbul edilmiş və Borclu icranın 10 gün müddətində könüllü icra olunması üçün həmin tarixdə bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu həmin müddət ərzində icra sənədində göstərilən tələbi könüllü təmin etməmişdir. İşdə olan Avtomobil nəqliyyat məlumatları cədvəlindən görünür ki, Borclu adına «Volkswagen Passat» minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinəəsasən borclunun əmlakıüzərinə həbs qoyma və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 318.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edirki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM–nin 157–159, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Təqdimat təmin edilsin. Borclu adına ««Volkswagen Passat» minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun və həmin avtomobilin satılması yolu ilə tələb əmlaka yönəldilsin. Qərardaddan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar