Məhkəmə qərarları › İş №8(073)-279/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-279/2025

21.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-279/2025 21.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Məhkəmə iclas katibi Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, Cəlilabad Rayon Məhkəməsinin 8(073)-128/2025 saylı, 18 aprel 2025-ci il tarixli qərardadına əsasən Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Bəhmənov məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus “Mercedes Benz C200 CDİ” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 287/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 18 noyabr 2024-cü il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan 01 iyun 2008-ci il tarixdə doğulmuş X3 və 14 oktyabr 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə 2024-cü il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. “İcra Haqqında»” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbinə əsasən, borcluya tələbin könüllü icrası barədə bildiriş və qarar rəsmi olaraq göndərilməsinə baxmayaraq borcu könüllü icra müddətində borcu ödəməmişdir. Aparılmış icra tədbirləri nəticəsində Borclu istifadəsində olan “Mercedes Benz C200 CDİ” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomaşının olduğu müəyyən edilmişdir. Cəlilabad rayon Məhkəməsinin 8(073)-128/2025 saylı, 18 aprel 2025-ci il tarixli qərardadına əsasən Borclu istifadəsində olan “Mercedes Benz C200 CDİ” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Tələbkar icra işinə əlavə edilmiş 11 avqust 2025-ci il tarixli ərizəsində borclu tərəfindən aliment borcunun tam ödənildiyini, aralarında razılığa gəldiklərini, hər ay aliment pulunun vaxtlı-vaxtına ödəyəcəyinə söz verdiyini və bu səbəbdən Borclu istifadəsində olan “Mercedes Benz C200 CDİ” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomaşının üzərindən həbsin götürülməsinə etiraz etmədiyini bildirmişdir. Göstərilənlərə əsasən Borclu istifadəsində olan “Mercedes Benz C200 CDİ” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomaşının üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Belə ki, iş materiallarında olan Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-287/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 18 noyabr 2024-cü il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan 01 iyun 2008-ci il tarixdə doğulmuş X3 və 14 oktyabr 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə 2024-cü il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Cəlilabad Rayon Məhkəməsinin 8(073)-128/2025 saylı, 18 aprel 2025-ci il tarixli qərardadı ilə Borclu istifadəsində olan “Mercedes Benz C200 CDİ” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. X1 xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubunun surətindən görünür ki, borclu tərəfindən aliment borcunun tam ödənildiyini, aralarında razılığa gəldiklərini, hər ay aliment pulunun vaxtlı-vaxtına ödəyəcəyinə söz verdiyini və bu səbəbdən Borclu istifadəsində olan “Mercedes Benz C200 CDİ” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsinə etiraz etmədiyini bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə aktı tam icra edildiyindən Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 8(073)-128/2025 saylı, 18 aprel 2025-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz C200 CDİ” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 8(073)-128/2025 saylı, 18 aprel 2025-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz C200 CDİ” minik markalı, **-DL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar