Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-323/2025 18.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-1317/2024-010 saylı, 22 noyabr 2024-cü il tarixli icra sənədi üzrə “tələbkarın tələbdən imtinası haqqında” təqdimata məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə təqdimatla müraciət edərək, Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-1317/2024-010 saylı, 22 noyabr 2024-cü il tarixli icra sənədi üzrə tələbkarın tələbdən imtinasına baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-1317/2024 saylı, 22 noyabr 2024-cü il tarixli icra sənədinin tələbinə əsasən Borclu dəymiş ziyana görə 7150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 92 manat alınaraq Tələbkar verilməlidir. İcra sənədi 31 yanvar 2025-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrasına dair bildirişlə birlikdə Borclu göndərilmişdir. Tələbkar xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, Borclu ona olan borcunu ödəmək imkanı olmadığını, himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək icra sənədində göstərilən tələbdən imtina etdiyini bildirmişdir. Bu barədə tələbkar tərəfindən verilən ərizə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə təqdim olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.1-ci maddəsində göstərilir ki, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə iş üzrə icraata xitam verilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə İcra və Probasiya şöbəsinin təqdimatını və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Belə ki, iş materiallarında olan Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-1317/2024-010 saylı, 22 noyabr 2024-cü il tarixli icra sənədinin tələbinə əsasən Borclu dəymiş ziyana görə 7150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 92 manat alınaraq Tələbkar verilməlidir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-1317/2024 saylı, 22 noyabr 2024-cü il tarixli icra vərəqəsi icraata qəbul edilmiş və Borclu icranı könüllü təmin etməsi tələb olunmuşdur. İşdə olan Borclu ünvanlanmış xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)- 1317/2024-010 saylı, 22 noyabr 2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması və bu müddətdə tələbi üzrsüz səbəblərdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. İşdə olan Tələbkar tərəfindən xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş ərizədən görünür ki, Tələbkar Borclu ödəməyə imkanı olmadığına, himayəsində iki azyaşlı övladının olmasına görə könüllü olaraq icra sənədində göstərilən tələbdən imtina etdiyini bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Eyni zamanda həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Göründüyü kimi, məhkəmə tərəfindən tələbkarın imtinası qəbul edilərsə, icra sənədi üzrə icraata xitam verilməsi icra məmuru tərəfindən həyata keçirilir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Bu səbəbdən ərizə təmin edilməli, Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-1317/2024 saylı, 22 noyabr 2024-cü il tarixli icra sənədi üzrə Tələbkar tələbdən imtinası qəbul edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci və “İcra haqqında” Qanunun 20-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-1317/2024 saylı, 22 noyabr 2024-cü il tarixli icra sənədi üzrə Tələbkar tələbdən imtinası qəbul edilsin. Qərardad icra sənədi üzrə icraata xitam verilməsi üçün əsasdır. Qərardadın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №8(073)-323/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-323/2025
18.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver