Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-338/2024 15.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi X1 iştrakı ilə, Cəlilabad rayon məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(073)-1064/2024 saylı qətnaməsinin hiss-hissə icra edilməsi barədə X4 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Cəlilabad rayon məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(073)-1064/2024 saylı qətnaməsinə əsasən X2ndan 2050 manat pul və 40,50 manat dövlət rüsumunun alınıb tələbkar X6 verilməlidir. Məhkəmə iclasında ərizəçi X5 izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(073)-1064/2024 saylı qətnaməsinə əsasən X2ndan 2050 manat pul və 40,50 manat dövlət rüsumunun alınıb tələbkar X6 verilməsi barədə qətnamə çıxarılmışdır. O, məhkəmə qərarına hörmətlə yanaşır və borcundasn 200 manat ödəmiş, qalıq borcunu da ödəyəcəkdir. Oğlu 44 günlük müharibədə iştrak edib, qazi olub. Onun müalicəsinə də köməklik edir. Rəsmi heç yerdə işləmir. Maddi vəziyyəti çox pisdir. Məhkəmə qərarıda göstərilən borcu tam ödəyə bilmir. Odur ki, Cəlilabad rayon məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(073)-1064/2024 saylı qətnaməsinə əsasən 1890,50 manat məbləği 12 ay müddətinə olmaqla hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 231.2 maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamənin icrasına möhlət verilməsi barədə ərizəyə baxılmasına dair məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını tədqiq edib, toplanmış sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. İşdə olan Cəlilabad rayon məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(073)-1064/2024 saylı qətnaməsinə əsasən X2ndan 2050 manat pul və 40,50 manat dövlət rüsumunun alınıb tələbkar X6 verilməlidir. İşdə olan 31 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, X2ndan 200 manat dövlət tələbkar X6 ödəniş etmişdir. İş materiallarından görünür ki, məhkəmənin icra vərəqəsini 02 iyul 2024-cü il tarixdə çıxarılmışdır. Həmin qətnamə qüvvəsini aldıqdan sonra 28 avqust 2024-cü il tarixdə icraya yönəldilmişdir. X2 oğlu həmin pulu icra vərəqəsi qəbul edildiyi gündən hazırki vaxtdadək borcunundan cəmi 200 manat ödəniş etmişdir. Tələbkar isə borcun hissə-hissə ödənilməsi barədə razılıq bildirməmişdir. Ona görə də ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsaəsn qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclunun tələbinə əsasən 1890,50 manat məbləği 12 ay müddətinə olmaqla hissə-hissə ödənilməsi tələbkarın iqtisadi mənafelərinə mühüm ziyan vurmasına və tələbkarın isə biləvasitə ərizənin təmin olunmasına razılığın mövcud olmamasına əsasən ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı : Ərizə təmin edilməsin. X4 Cəlilabad rayon məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(073)-1064/2024 saylı qətnaməsinə əsasən 1890,50 manat məbləği 12 ay müddətinə olmaqla hissə-hissə icra edilməsinə dair ərizəsi rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №8(073)-338/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-338/2024
15.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver