Məhkəmə qərarları › İş №8(073)-360/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-360/2025

27.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-360/2025 27.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 2(073)-1805/2025 saylı icra sənədi üzrə Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 2(073)-1805/2025 saylı icra vərəqəsinə əsasən Borclu 4500 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 65 manat alınıb tələbkar X2 verilməlidir. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 2(073)-1805/2025 saylı icra vərəqəsinə əsasən Borclu 4500 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 65 manat alınıb tələbkar X2 verilməlidir. Hazırda borclunun tələbkara 4565 manat aliment borcu vardır. Cəlilabad rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 2(073)-1805/2025 saylı icra vərəqəsi 11 sentyabr 2025-ci il tarixdə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin gün də «İcra haqqında» Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq qərar qəbul edilmişdir. Borclu heç bir üzrlü səbəb göstərmədən bu günə kimi icra tələbini tam təmin etməmişdir. Aparılmış icra tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Borclu tez-tez Azərbaycan Respublikasının ərzisindən kənara gedir. Borclu belə hərəkət etməklə məhkəmənin bu barədə olan icra sənədinin icrasından yayınır. Qeyd edilənlərin nəzərə alınaraq Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra orqanının təqdimatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 2(073)- 1805/2025 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 4500 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 65 manat alınıb tələbkar X2 verilməlidir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə icra şöbəsinin gördüyü məcburi icra tədbirləri çərçivəsində Borclu ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın dəlilləri əsaslıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəblərdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti məhdudiyyət, Borclu tələbkara olan borcunu ödədiyi günədək onun ölkə ərazisindən çıxmasına məhdudiyyət qoyulması kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266- 268-ci, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Təqdimat təmin edilsin. Borclu Azərbaycan Respublikasından getmək hüququ Cəlilabad rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 2(073)-1805/2025 saylı icra vərəqəsi üzrə tələbkar X2 olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün muddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar