Məhkəmə qərarları › İş №8(073)-362/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-362/2024

03.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-362/2024 03.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, X1 iştirakı ilə, Cəlilabad rayon məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(073)-1830/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X2nın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad rayon məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(073)-1830/2024 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək cavabdeh X3 2093 (iki min doxsan üç) manat əsas borc və 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi icra olunması üçün Cəlilabad rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. X2 22 noyabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Cəlilabad rayon məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(073)-1830/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar X6 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 verdiyi izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-1830/2024 saylı qətnaməsinə əsasən ondan 2093 (iki min doxsan üç) manat əsas borcu və 44 (qırx dörd) manat dövlət rüsumunun tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün Cəlilabad İcra və Probasiya Şöbəsinə yönəlmişdir. O, qətnamə üzrə üzərinə düşən öhdəliyi ödəməkdən boyun qaçırmır və buna etiraz etmir. Onun rəsmi iş yeri yoxdur, gündəlik olaraq iş tapıb işləyir. İcra vərəqəsi üzrə borcunu hissə-hissə ödəyə bilər. Qeyd etdiklərinin nəzərə alınaraq Cəlilabad rayon məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(073)-1830/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan ərizəyə əlavə olunmuş Cəlilabad rayon məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(073)-1830/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh X3 2093 (iki min doxsan üç) manat əsas borc və 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq iddiaçı X6 ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Məhkəməsinin Əfəndiyeva Azərbaycana qarşı 25 oktyabr 2007-ci il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının tərkib hissəsi» sayılmalıdır. Məhkəmə qərarının icra olunmaması həmin maddənin pozuntusu kimi qiymətləndirilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə görə qətnaməninicrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulununvə qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr buməsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.1-231.2-ci maddələrinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icraüsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır.İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə icra sənədi iki ay müddətində icra olunmalıdır. Müstəsna hallarda bu müddət bir ayadək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə hesab edir ki, X4 Cəlilabad rayon məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(073)-1830/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi tam və dolğun əsaslandırılmadığından təmin edilə bilməz. Belə ki, X7 qətnaməsinin hissə-hissə icra olunmasına əsas ola biləcək bu və ya digər müstəsna halların mövcudluğuna dair hərhansı sübutu nə ərizəsinə əlavə etməmiş, nə də məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsinin hissə-hissə icra olunması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, hissə-hissə icra olunma müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli və tərəflərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə hesab edir ki, Cəlilabad rayon məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(073)-1830/2024 saylı qətnaməsinin hissə-hissə icra olunması tələbkarın milli və beynəlxalq hüquq normaları ilə təsbit olunmuş işinin ədalətli, açıq və ağlabatan müddət ərzində araşdırılması hüququnun kobud şəkildə pozulması ilə nəticələnə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1, 231.4 və 263-264-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: X1 Cəlilabad rayon məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(073)-1830/2024 saylı qətnaməsinin hissə-hissə ödənilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar