Məhkəmə qərarları › İş №8(073)-37/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-37/2024

20.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-37/2024 20.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq müəyyən etdi: Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1381/2022 saylı icra vərəqəsinə əsasən cavabdehlər Borclu və X1 1 ədəd soyuducu 500 manat, 1 ədəd qazla işləyən qızdırıcı 150 manat dəyərində, 1 ədəd elektrik sobası 100 manat dəyərində, 1 ədəd stol və 6 ədəd stul 500 manat dəyərində, 2 ədəd tək adamlıq çarpayı 400 manat dəyərində, 1 ədəd tozsovuran 80 manat, 1 ədəd paltaryuyan 500 manat dəyərində, 1 ədəd elektrikli nehrə 100 manat, 3 ədəd toxuma xalça 1500 manat dəyərində, 1 ədədə palaz 50 manat dəyərində, 3 ədəd döşək, yorğan, mütəkkə 150 manat dəyərində, 1 ədəd su nasosu 80 manat, 100 ədəd qaşıq, bıçaq, çəngəl 100 manat dəyərində, 12 ədəd boşqab dəsti 100 manat dəyərində, qazan dəsti 100 manat dəyərində, 1 ədəd aliminum qazan 20 manat dəyərində, 2 ədəd çuğun çaydan 10 manat dəyərində, 10 ədəd qəndqabı 10 manat dəyərində, 4 ədəd süfrə 60 manat dəyərində, 10 ədəd əl-üz dəsmalı 40 manat dəyərində, 2 ədəd çuqun vedrə 10 manat dəyərində, 1 ədəd 50 kq.un qabı 10 manat, 2 ədəd çörək qabı 6 manat dəyərində, 12 ədəd fincan 24 manat dəyərində, 3 ədəd örtük 45 manat dəyərində, 1 ədəd soğan doğrayan 5 manat dəyərində, 2 ədəd pərdə 60 manat dəyərində, 2 ədəd sini (padnos) 16 manat dəyərində, 1 ədəd 5 metrlik daroşka 20 manat, 1 ədəd 2 metrlik linenium 5 manat dəyərində, 1 ədəd inək və balası 1400 manat, 1 ədəd camış və balası 1500 manat dəyərində, 1 ədəd camış düyəsi 2 yaşında 600 manat dəyərində, 1 ədəd camış düyəsi 3 yaşında 800 manat dəyərində olan əmlaklar alınaraq ilk iddiaçı X2 verilməli, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri olan 9056 (doqquz min əlli altı) manat məbləğində pul vəsaiti cavabdehlər Borclu və X1 müştərək qaydada alınıb ilk iddiaçı X2 verilməli, cavabdehlər Borclu və X1 müştərək qaydada 95 manat dövlət rüsumu alınaraq ilk iddiaçı X2 verilməlidir. Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1381/2022 saylı icra sənədini icra edən Cəlilabad rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına olan “VAZ 21061” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, “Elektron icra” informasiya sisteminə əsasən Borclu adına olan “VAZ 21061” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının olduğu aşkar olunmuşdur. Məhkəmənin bu barədə olan icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu adına olan “VAZ 21061” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında icra orqanının təqdimatı əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1381/2022 saylı icra sənədi icra olunması üçün Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, həmin şöbənin xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərarına əsasən icra sənədi icraata qəbul edilmiş və borclulara icranın 10 gün müddətində könüllü icra olunması üçün həmin tarixdə bildiriş göndərilmişdir. Buna baxmayaraq borclular həmin müddət ərzində icra sənədində göstərilən tələbi könüllü təmin etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyma və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edirki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM–nin 157–159, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ 21061” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun və həmin avtomobilin satılması yolu ilə tələb əmlaka yönəldilsin. Qərardaddan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar