Məhkəmə qərarları › İş №8(073)-413/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-413/2025

13.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-413/2025 13.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Məhkəmə iclas katibi Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-829/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Mikayılovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Mikayılov məhkəməyə təqdimatla müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 829/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 829/2025-015 nömrəl, xx.xx.2025-cü il tarixli icra sənədi üzrə tərəflərin birgə nikahlarından doğulmuş X1 adlı uşağı ilə tələbkar X3 ünsiyyət saxlaması hər həftənin şənbə günü saat 12:00-dan gecə qalmaq şərtilə bazar günü 18:00-dək müəyyən edilməlidir, uşağın tərəflər arasında təhvil verilməsi Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun iştirakı ilə həyata keçirilməlidir. İcra sənədi xx.xx.2025-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. İcra məmuru, tələbkar və borcluya məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Borclu məcburi gətirilməsi üçün kifayət qədər əsaslar olduğundan təqdimat təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-829/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş X1 adlı uşağı ilə tələbkar X3 ünsiyyət saxlaması hər həftənin şənbə günü saat 12:00-dan gecə qalmaq şərtilə bazar günü 18:00-dək müəyyən edilməlidir, uşağın tərəflər arasında təhvil verilməsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun iştirakı ilə həyata keçirilməlidir. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-829/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3.1-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Eyni Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanunun 84.2 və 84.3-cü maddələrinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığından, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-829/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 1i ünvanında qeydiyyatda Borclu Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimat əsaslı hesab olunaraq təmin edilməli, Borclu məcburi qaydada Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-829/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə ünvan 1i ünvanında qeydiyyatda olan borclu Mənsimova X2 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar