Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-426/2025 27.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad Rayon Məhkəməinin 2(073)-38/2024 saylı 17 aprel 2024-cü il tarixli icra vərəqəsini hiss-hissə icra edilməsi barədə borclu X4 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Cəlilabad Rayon Məhkəməinin 2(073)-38/2024 saylı 17 aprel 2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu cavabdeh “Cəlilabad Şərab - 2” açıq səhmdar cəmiyyətindən əmək haqqına görə 9556 (doqquz min beş yüz əlli altı) manat, son haqq-hesaba görə 1700 (bir min yeddi yüz) manat olmaqla, cəmi 11256 (on bir min iki yüz əlli altı) manat pul vəsaiti alınıb iddiaçı X2 verilməlidir. X6 -2 ASC-nin sədri Borclu Göyüş oğlu ərizəsini əsaslandıraraq izahatında göstərmişdi ki, Cəlilabad Rayon Məhkəməinin 2(073)-38/2024 saylı 17 aprel 2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu “Cəlilabad Şərab - 2” açıq səhmdar cəmiyyətindən əmək haqqına görə 9556 manat, son haqq-hesaba görə 1700 manat olmaqla, cəmi 11256 manat pul vəsaiti alınıb tələbkar X2 verilməsi qət edilmişdir. İdarə heyyətinin sədri olduğu Cəlilabad Şərab -2 ASC fəaliyyətini dayandırmışdır. Buna baxmayaraq icra səndəi üzrə borcdan 5500 manat pul ödənilmişdir. Cəmiyyət faliyyətini dayandırdığı üçün icra sənədində göstərilən məbləği bir dəfəyə ödəmək imkanı yoxdur. Məhkəmənin qətnaməsi ilə müəsissənin 8 ədəd avtomobilinə həbs qoyulmuş və icra məmuru tərəfindən axtarış verilmişdir. Müəssisənin bu gün faktiki olaraq fəaliyyəti yoxdur, müflis olmaq ərəfəsindədir. Bundan başqa tələbkar X3 ilə öz aralarında hər ay 575 manat olmaqla qalan borcun hissəhissə ödəniməsi barədə razılığa gəlmişlər və tələbkar bu barədə yazılı ərizəsini də təqdim etmişdir. Borcun hər ay 575 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2 maddəsinə əsasən işdə iştirak edən Cəlilabad rayon İcra və Probasiya Şöbəsininn icra məmuru qətnamənin hissə-hissə ödənilməsi barədə ərizəyə baxılmasına dair məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş, lakin onun gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını tədqiq edib, toplanmış sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Cəlilabad Rayon Məhkəməinin 2(073)-38/2024 saylı 17 aprel 2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu cavabdeh “Cəlilabad Şərab - 2” açıq səhmdar cəmiyyətindən əmək haqqına görə 9556 (doqquz min beş yüz əlli altı) manat, son haqqhesaba görə 1700 (bir min yeddi yüz) manat olmaqla, cəmi 11256 (on bir min iki yüz əlli altı) manat pul vəsaiti alınıb iddiaçı X2 verilməlidir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəhənov Nicat tərəfindən 12 iyun 2024-cü il tarixdə icraata başlanıma haqqında qərar qəbul edilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, borclu “Cəlilabad Şərab - 2” açıq səhmdar cəmiyyətinin hesabından ümumilikdə 5500 manat pulu tələbkar X2 ödəniş etmişdir. İşdə olan Cəlilabad rayon Məhkəməsinə təqdim edilmiş təlbkar X1 xx.xx.2025-ci il tarixli ərizəsindən görürü ki, “Cəlilabad Şərab - 2” açıq səhmdar cəmiyyətinin ona olan 5750 manat borcun hər ay 575 manat olmaqla hissə-hissə ödənilməsinə etrazının olmadığını bildirmişdir. İş materiallarından görünür ki, məhkəmənin qətnaməsi 17 aprel 2024-cü il tarixdə çıxarılmışdır. Həmin qətnamə qüvvəsini aldıqdan sonra 12 iyun 2024-cü il tarixdə icraya yönəldilmişdir. Borclu Cəlilabad Şərab - 2” açıq səhmdar cəmiyyəti həmin pulu icra vərəqəsi qəbul edildiyi gündən hazırki vaxtdadək borcunundan cəmi 5500 manat ödəniş etmişdir. Tələbkar isə borcun hissə-hissə ödənilməsi barədə razılığa gəlmələri barədə ərizəsini təqdim etmişdir. Ona görə də ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsaəsn qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclunun hər ay 575 manat hissə-hissə olmaqla ödənilməsi tələbkarın isə biləvasitə ərizənin təmin olunmasına razı olmasına əsasən ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı : Ərizə təmin edilsin. Ərizəçi Borclu Göyüş oğlunun Cəlilabad Rayon Məhkəməinin 22(073)-38/2024 saylı 17 aprel 2024-cü tarixli icra vərəqəsi üzrə borcun hər ay 575 manat olmaqla hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №8(073)-426/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-426/2025
27.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver