Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-432/2025 04.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-945/2025 saylı icra səndəi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad rayon məhkəməsinin Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-945/2025 saylı qətnaməsi ilə Borclu bir uşağın yetkinlik yaşına çatana kimi sonraki artımlar nəzərə alınmaqla hər ay bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment X1 xeyrinə ödənilməsi təmin edilmiş, icra vərəqəsi icra edilməsi üçün Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqcusu Mahir Əskərov 04 dekabr 2025-ci il tarixdə ərizə ilə Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-945/2025 saylı icra səndəi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın baxılmamış saxlanılmasını və iş materiallarında olan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqcusu Mahir Əskərov təqdimatın geri qaytaralımasına dair ərizə verdiyindən, təqdimat qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.4, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-945/2025 saylı icra səndəi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin təqdimatı və işə əlavə edilmiş sənədlər Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqcusu Mahir Əskərova geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №8(073)-432/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-432/2025
04.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver