Məhkəmə qərarları › İş №8(073)-459/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-459/2025

19.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-459/2025 19.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad rayon məhkəməsinin 23 may 2025-ci il tarixli, 8(073)-168/2025 saylı qərardadının ləğv edilməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair X2nun ərizəsinə məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Cəlilabad rayon məhkəməsinin 23 may 2025-ci il tarixli, 8(073)-168/2025 saylı qərardadının ləğv edilməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə məhkəmə iclasına ərizəçi və Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəçi və Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. X2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı X10 ilə uzun müddət aralarında biznes fəaliyyəti olmuşdur. Yaranmış çətinliklə bağlı o, iddiaçıya pulu qaytara bilmədiyi üçün onu məhkəməyə verərərk haqqında xx.xx.2024-cü il tarixli, 2(073)- 654/2024 saylı qətnamə çıxarılmışdır. Bundan başqa Cəlilabad rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 8(073)-168/2025 saylı qərardadı ilə onun ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qətnamə çıxarıldığı vaxtan bu günə kimi 4500 manat pul ödəniş etmişdir. Hal-hazırda da mütamadi olaraq ödənişlər edir. İddiaçı Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə yazdığı xx.xx.2025-ci il tarixdə ərizəsində öz aralarında razılaşdığıarını borcun vaxtı-vatında ödənildiyini və onun barəsində olan məhdudiyyətin götrülməsinə etrazının olmadığını bildirmişdur. X11 ağır xəstədir ürək çatışmamazlığından əziyyət çəkir müalicsi isə xarici ölkədədir. Onun üzərində məhdudiyyət olduğu üçün uşağı müalicəyə apara bilmir. Qeyd olunanları nəzərə alaraq Cəlilabad rayon məhkəməsinin 23 may 2025-ci il tarixli, 8(073)-168/2025 saylı qərardadının ləğv edilməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-654/2024 nömrəli qətnaməsi təmin edilərək, 6000 min ABŞ dolları ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 122 manat dövlət rüsumunun borclu X3 tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 8(073)-168/2025 saylı qərardadının surətindən görünür ki, borclu X4 Azərbaycan Respublikasından getmək hüququ Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-654/2024 nömrəli icra vərəqinə əsasən X8 olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılmışdır. İş materillarında olan tələbkar X5 Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı ərizəsində göstərmişdir ki, borclu X9 hər ay ona olan borcundan ödəyir, onunla razılaşmışdır, borclu X4 barəsində ölkədən xaricə çıxma barədə məhdudiyyətin götrülməsini xahiş etmişdir. İş materiallarına əlavə tələbkar X5 Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək X9 ona olan borcunun hər ay hissə-hissə ödədiyini, qalıq borcunun ödənilməsi ilə bağlı isə öz aralarında razılaşdıqları üçün borclu X4 barəsində ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qoyulmuş məhdudiyyətinin götülməsini xahiş etmişdir. “İcra haqqında” qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, ərizəçi X1 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)- 654/2024 nömrəli icra vərəqəsi üzrə tələbkar X6 olan borcunun hər ay hissə-hissə ödəmiş, qalıq borcunun ödənilməsi ilə bağlı öz aralarında razılaşdıqları üçün Cəlilabad rayon məhkəməsinin 23 may 2025-ci il tarixli, 8(073)-168/2025 saylı qərardadı ləğv edilməli və X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə ... Qərara aldı: Ərizə təmin edilsin. Cəlilabad rayon məhkəməsinin 23 may 2025-ci il tarixli, 8(073)-168/2025 saylı qərardadı ləğv edilsin və X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülsün. Qərardaddan 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar