Məhkəmə qərarları › İş №8(073)-66/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-66/2025

03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-66/2025 03.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 iştirakı ilə, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 borclunun əmlakı üzərindən həbsin götürülməsi haqqında təqdimatına Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 borclu X6 əmlakı üzərindən həbsin götürülməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu X10 və tələbkar X7 məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsində göstərilmişdir ki, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 məhkəmə iclasında təqdimatı belə əsaslandırmışdır ki, Cəlilabad rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)- 1065/2024 saylı, 20 iyun 2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu X4 cəmi 2898 manat borc və ödənilmiş 49 manat dövlət rüsumu alınıb iddiaçı X5 verilməlidir. “İcra haqqında”Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbinə əsasən, borcluya tələbin könüllü icrası barədə bildiriş və qərar rəsmi olaraq göndərilməsinə baxmayaraq borcu könüllü icra müddətində borcu ödəməmişlər. Aparılmış icra tədbirləri nəticəsində borclu X6 adına “Volkswagen” markalı, **-DH-*** dövlət nişanlı avtomaşının olduğu müəyyən edilmişdir. Cəlilabad rayon Məhkəməsinin 8(073)-277/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qərardadına əsasən borclu X8 məxsus “Volkswagen” markalı, **-DH-*** dövlət nömrə nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. 19 fevral 2025-ci ildə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinin tələblərinə əsasən Cəlilabad rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-1065/2024 saylı, 20 iyun 2024-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. Hazırda borcluya məxsus avtomobilin üzərində həbsin qalmasına heç bir zərurət yoxdur. Göstərilənlərə əsasən borclu X6 adına “Volkswagen” markalı, **-DH-*** dövlət nömrə nişanlı avtomaşının üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Məhkəməsinin 8(073)-277/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, “Volkswagen” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Cəlilabad rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)- 1065/2024 saylı, 20 iyun 2024-cu il tarixli icra vərəqəsinə əsasən borclu X4 cəmi 2898 manat borc və ödənilmiş 49 manat dövlət rüsumu alınıb X5 verilməlidir. X1 icra işinə əlavə edilmiş 18 fevral 2024-cü il tarixli, ərizəsinə əsasən Cəlilabad rayon Məhkəməsinin 2(073)- 1065/2024 saylı, 20 iyun 2024-cü il tarixli icra sənədi üzrə tələb borclu X10 tərəfindən tam ödənilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 8(073)-277/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilərək, X8 məxsus olan “Volkswagen” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. X2 2(073)-1065/2024 saylı, 20 iyun 2024-cü il tarixli icra vərəqəsi üzrə tələbkara olan borcunu tam ödədiyindən və icra sənədinə xitam verildiyindən X8 məxsus olan “Volkswagen” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməlidir. Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 8(073)-277/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 adına olan “Volkswagen” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar