Məhkəmə qərarları › İş №8(073)-70/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-70/2024

18.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-70/2024 18.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1764/2023 saylı icra sənədi üzrə Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1764/2023 saylı icra vərəqəsinə əsasən 26 iyul 2022-ci il tarixdən başlayaraq 27 avqust 2022-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməlidir. Cavabdeh Borclu 3500 manat dəyərində mebel dəsti (taxt, şifoner, tumba, sandıqça, termo, termo stulu, televizor altlığı, qonaq otağı dəsti, divan, 2 ədəd kreslo, 2 ədəd servant, kamot, tək çarpayı, masa və 6 ədəd stul və yazı masası), 600 manat dəyərində soyuducu, 450 manat dəyərində paltar yuyan maşın, 400 manat dəyərində televizor, 50 manat dəyərində eletkrik sobası, 90 manat dəyərində mikro dalğalı soba, 80 manat dəyərində toz sovuran, 65 manat dəyərində ət çəkən, 30 manat dəyərində ütü, 20 manat dəyərində mikser, 25 manat dəyərində ütü altlığı, 80 manat dəyərində sok çəkən, 75 manat dəyərində elektrik samovarı, 55 manat dəyərində böyük çılçıraq, 20 manat dəyərində balaca çılçıraq, 20 manat dəyərində divar saatı, 15 manat dəyərində gecə lampası, 150 manat dəyərində 3 ədəd döşək, 80 manat dəyərində taxt döşəyi, 140 manat dəyərində 4 ədəd yorğan, 180 manat dəyərində 12 ədəd yastıq, 64 manat dəyərində 8 ədəd nalça, 450 manat dəyərində 3 ədəd xalça, 60 manat dəyərində 2 ədəd balaca xalça, 90 manat dəyərində 3 ədəd yun örtük, 40 manat dəyərində 2 ədəd sintetik yorğan, 130 manat dəyərində yataq örtüyü, 40 manat dəyərində 4 ədəd hamam dəsmalı, 30 manat dəyərində 3 ədəd yazı masası üstlüyü, 30 manat dəyərində masa üstlüyü, 20 manat dəyərində 4 ədəd süfrə, 54 manat dəyərində 18 ədəd dəsmal, 34 manat dəyərində 17 ədəd çay dəsmalı, 150 manat dəyərində 6 ədəd yataq dəsti, 16 manat dəyərində 4 ədəd yastıq üzü, 10 manat dəyərində 2 ədəd sadə yataq örtüyü, 220 manat dəyərində servis (nahar və çay dəsti birlikdə), 50 manat dəyərində 2 ədəd bagema meyvə qabı, 30 manat dəyərində bagema qənd qabı, 40 manat dəyərində bagema güldan, 50 manat dəyərində bagema dolça 12 ədəd badə ilə, 80 manat dəyərində 2 ədəd xrustal meyvə qabı, 80 manat dəyərində 4 ədəd xrustal qənd qabı, 70 manat dəyərində xrustal güldan, 100 manat dəyərində 2 ədəd kamot meyvə qabı, 40 manat dəyərində kamot güldan, 30 manat dəyərində dolça 6 badə ilə, 20 manat dəyərində 2 ədəd xrustal qənd qabı, 15 manat dəyərində 3 ədəd şirniyyat qabı, 20 manat dəyərində 4 ədəd ləpə qabı, 30 manat dəyərində 2 mərtəbəli ləpə qabı, 30 manat dəyərində 3 ədəd konfet qabı, 20 manat dəyərində 2 ədəd meyvə qabı, 6 manat dəyərində 2 ədəd gəmi qənd qabı, 8 manat dəyərində böyük qənd qabı, 8 manat dəyərində 4 ədəd balaca qənd qabı, 20 manat dəyərində 2 ədəd şirniyyat qabı, 7 manat dəyərində şüşə qazan, 5 manat dəyərində şüşə tava, 16 manat dəyərində 2 ədəd yekə qənd qabı, 20 manat dəyərində 2 ədəd ayaqlı və qapaqlı qənd qabı, 18 manat dəyərində 36 ədə çay stəkanı, 12 manat dəyərində 24 ədəd nəlbəki, 12 manat dəyərində 24 ədəd su stəkanı, 12 manat dəyərində 6 ədəd dolça stəkanla, 24 manat dəyərində 24 ədəd kasa, 12 manat dəyərində 24 ədəd maskura, 12 manat dəyərində 24 ədəd razetka, 12 manat dəyərində 24 ədəd duz qabı, 18 manat dəyərində 36 ədəd boşqab, 150 manat dəyərində qaşıq dəsti (mərtəbə), 6 manat dəyərində 12 ədəd çəngəl, 6 manat dəyərində 12 ədəd qaşıq, 5 manat dəyərində dolça, 20 manat dəyərində səbət qab, 15 manat dəyərində ağ çay dəsti, 12 manat dəyərində 4 ədəd bulud, 6 manat dəyərində 6 ədəd bulud qaşığı, 150 manat dəyərində 5 ədəd qazan dəsti, 75 manat dəyərində 5 ədəd çuqun qazan dəsti, 50 manat dəyərində qranit qazan, 30 manat dəyərində qranit tava, 20 manat dəyərində balaca qranit tava, 15 manat dəyərində şüşə mətbəx dəsti, 40 manat dəyərində çini mətbəx dəsti, 30 manat dəyərində kauçuk kəpkir dəsti, 20 manat dəyərində dəmir kəpkir dəsti, 5 manat dəyərində əl taxtası (böyük), 3 manat dəyərində əl taxtası (balaca), 9 manat dəyərində 3 ədəd yumru podnis, 20 manat dəyərində 6 metrə atlas pərdə, 200 manat dəyərində kapsela pərdə 2 ədəd, 10 manat dəyərində ləpə çəkən, 15 manat dəyərində termos, 20 manat dəyərində tefal elektrik çaydanı, 5 manat dəyərində oxlo, 10 manat dəyərində çuqun tabak, 3 manat dəyərində çuqun qruşka, 2 manat dəyərində balaca çuqun qruşka, 10 manat dəyərində döşəməsilən vedrəsi, 5 manat dəyərində dəmir vedrə, 3 manat dəyərində ləyən, 50 manat dəyərində bıçaq dəsti, 12 manat dəyərində 24 ədəd meyvə bıçağı, 10 manat dəyərində salat doğrayan, 4 manat dəyərində qapaqlı çörək qabı, 2 manat dəyərində qapaqsız çörək qabı, 15 manat dəyərində qab səbəti, 3 manat dəyərində zibil qabı, 8 manat dəyərində iç-içə keçən kauçuq qabı, 7 manat dəyərində iç-içə keçən dörd künc kauçuq, 6 manat dəyərində 2 ədəd uzun kauçuq qab, 3 manat dəyərində kauçuq qab, 10 manat dəyərində soğan çəkən, 6 manat dəyərində tökmə tava, 8 manat dəyərində tökmə qazan, 5 manat dəyərində aliminium qazan, 10 manat dəyərində aş süzən, 8 manat dəyərində 2 ədəd kəpkir, 4 manat dəyərində 2 ədəd yumurta çırpan, 2 manat dəyərində şirniyyat ələyi, 15 manat dəyərində böyük qəhvədan, 20 manat dəyərində üst-üstə qəhvədan, 10 manat dəyərində balca qəhvədan, 15 manat dəyərində 3 ədəd çini çaydan, 20 manat dəyərində 2 ədəd şamdan, 10 manat dəyərində suvenir göz muncuğu, 8 manat dəyərində 12 ədəd paltar üçün asılqan, 5 manat dəyərində kabab setkası, 6 manat dəyərində 6 ədəd kauçuq qapaqlı şirniyyat qabı, 12 manat dəyərində 6 ədəd şirniyyat qabı, 10 manat dəyərində 2 ədəd uzunsov şirniyyat qabı olan cehiz əmlakları, 40 manat dəyərində 583 əyarlı 1 qram çəkidə sonsuzluq formalı üzük, 120 manat dəyərində 583 əyarlı 3 qram çəkidə üç qoşa üzük, 160 manat dəyərində 583 əyarlpı 4 qram çəkidə üç qoşa üzük, 180 manat dəyərində 583 əyarlı 5 qram çəkidə sadə üzük, 160 manat dəyərində 4 qram çəkidə 583 əyarlı yarpaq gül üzük, 120 manat dəyərində 583 əyarlı 3 qram çəkidə tək qaşlı gül üzük, 240 manat dəyərində 583 əyarlı 6 qram çəkidə sallama sırğa, 600 manat dəyərində 15 qram çəkidə 583 əyarlı yoğun boyunbağı, 220 manat dəyərində 583 əyarlı 6 qram çəkidə qolbağ və dəyəri 280 manat dəyərində 583 əyarlı 7 qram çəkidə nazik boyunbağı olan qızıl-zinət əşyaları və cehiz əmlakları alınaraq iddiaçı X1 verilməlidir. Həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri olan 13805 (on üç min səkkiz yüz beş) manat məbləğində pul vəsaiti cavabdeh Borclu alınıb ilk iddiaçı X1 verilməlidir. Cavabdeh Borclu 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən ərizənin verilməsinə görə ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçı X1 verilməlidir. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən qəbul edilmiş icraata başlamaq haqqında qərar və bildiriş borcluya poçt vasitəsi ilə göndərilmişdir. İcra sənədi üzrə borclu xx.xx.1993-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Cəlilabad şəhəri M.F.Axundov küçəsi ev 12-də qeydiyyatda olan Borclu müvafiq bildirişlə icranın dərhal təmin etməsi təklif olunmuş, lakin borclu könüllü icra üçün müəyyən olunmuş müddət ərzində icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu əmlak və gəlir vəziyyəti yoxlanılmış, lakin borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlir aşkar olunmamışdır. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1764/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə uyğundur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar X2, Borclu və Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra orqanının təqdimatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)- 1764/2023 saylı icra vərəqəsindən görünür ki, 26 iyul 2022-ci il tarixdən başlayaraq 27 avqust 2022-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməlidir. Cavabdeh Borclu 3500 manat dəyərində mebel dəsti (taxt, şifoner, tumba, sandıqça, termo, termo stulu, televizor altlığı, qonaq otağı dəsti, divan, 2 ədəd kreslo, 2 ədəd servant, kamot, tək çarpayı, masa və 6 ədəd stul və yazı masası), 600 manat dəyərində soyuducu, 450 manat dəyərində paltar yuyan maşın, 400 manat dəyərində televizor, 50 manat dəyərində eletkrik sobası, 90 manat dəyərində mikro dalğalı soba, 80 manat dəyərində toz sovuran, 65 manat dəyərində ət çəkən, 30 manat dəyərində ütü, 20 manat dəyərində mikser, 25 manat dəyərində ütü altlığı, 80 manat dəyərində sok çəkən, 75 manat dəyərində elektrik samovarı, 55 manat dəyərində böyük çılçıraq, 20 manat dəyərində balaca çılçıraq, 20 manat dəyərində divar saatı, 15 manat dəyərində gecə lampası, 150 manat dəyərində 3 ədəd döşək, 80 manat dəyərində taxt döşəyi, 140 manat dəyərində 4 ədəd yorğan, 180 manat dəyərində 12 ədəd yastıq, 64 manat dəyərində 8 ədəd nalça, 450 manat dəyərində 3 ədəd xalça, 60 manat dəyərində 2 ədəd balaca xalça, 90 manat dəyərində 3 ədəd yun örtük, 40 manat dəyərində 2 ədəd sintetik yorğan, 130 manat dəyərində yataq örtüyü, 40 manat dəyərində 4 ədəd hamam dəsmalı, 30 manat dəyərində 3 ədəd yazı masası üstlüyü, 30 manat dəyərində masa üstlüyü, 20 manat dəyərində 4 ədəd süfrə, 54 manat dəyərində 18 ədəd dəsmal, 34 manat dəyərində 17 ədəd çay dəsmalı, 150 manat dəyərində 6 ədəd yataq dəsti, 16 manat dəyərində 4 ədəd yastıq üzü, 10 manat dəyərində 2 ədəd sadə yataq örtüyü, 220 manat dəyərində servis (nahar və çay dəsti birlikdə), 50 manat dəyərində 2 ədəd bagema meyvə qabı, 30 manat dəyərində bagema qənd qabı, 40 manat dəyərində bagema güldan, 50 manat dəyərində bagema dolça 12 ədəd badə ilə, 80 manat dəyərində 2 ədəd xrustal meyvə qabı, 80 manat dəyərində 4 ədəd xrustal qənd qabı, 70 manat dəyərində xrustal güldan, 100 manat dəyərində 2 ədəd kamot meyvə qabı, 40 manat dəyərində kamot güldan, 30 manat dəyərində dolça 6 badə ilə, 20 manat dəyərində 2 ədəd xrustal qənd qabı, 15 manat dəyərində 3 ədəd şirniyyat qabı, 20 manat dəyərində 4 ədəd ləpə qabı, 30 manat dəyərində 2 mərtəbəli ləpə qabı, 30 manat dəyərində 3 ədəd konfet qabı, 20 manat dəyərində 2 ədəd meyvə qabı, 6 manat dəyərində 2 ədəd gəmi qənd qabı, 8 manat dəyərində böyük qənd qabı, 8 manat dəyərində 4 ədəd balaca qənd qabı, 20 manat dəyərində 2 ədəd şirniyyat qabı, 7 manat dəyərində şüşə qazan, 5 manat dəyərində şüşə tava, 16 manat dəyərində 2 ədəd yekə qənd qabı, 20 manat dəyərində 2 ədəd ayaqlı və qapaqlı qənd qabı, 18 manat dəyərində 36 ədə çay stəkanı, 12 manat dəyərində 24 ədəd nəlbəki, 12 manat dəyərində 24 ədəd su stəkanı, 12 manat dəyərində 6 ədəd dolça stəkanla, 24 manat dəyərində 24 ədəd kasa, 12 manat dəyərində 24 ədəd maskura, 12 manat dəyərində 24 ədəd razetka, 12 manat dəyərində 24 ədəd duz qabı, 18 manat dəyərində 36 ədəd boşqab, 150 manat dəyərində qaşıq dəsti (mərtəbə), 6 manat dəyərində 12 ədəd çəngəl, 6 manat dəyərində 12 ədəd qaşıq, 5 manat dəyərində dolça, 20 manat dəyərində səbət qab, 15 manat dəyərində ağ çay dəsti, 12 manat dəyərində 4 ədəd bulud, 6 manat dəyərində 6 ədəd bulud qaşığı, 150 manat dəyərində 5 ədəd qazan dəsti, 75 manat dəyərində 5 ədəd çuqun qazan dəsti, 50 manat dəyərində qranit qazan, 30 manat dəyərində qranit tava, 20 manat dəyərində balaca qranit tava, 15 manat dəyərində şüşə mətbəx dəsti, 40 manat dəyərində çini mətbəx dəsti, 30 manat dəyərində kauçuk kəpkir dəsti, 20 manat dəyərində dəmir kəpkir dəsti, 5 manat dəyərində əl taxtası (böyük), 3 manat dəyərində əl taxtası (balaca), 9 manat dəyərində 3 ədəd yumru podnis, 20 manat dəyərində 6 metrə atlas pərdə, 200 manat dəyərində kapsela pərdə 2 ədəd, 10 manat dəyərində ləpə çəkən, 15 manat dəyərində termos, 20 manat dəyərində tefal elektrik çaydanı, 5 manat dəyərində oxlo, 10 manat dəyərində çuqun tabak, 3 manat dəyərində çuqun qruşka, 2 manat dəyərində balaca çuqun qruşka, 10 manat dəyərində döşəməsilən vedrəsi, 5 manat dəyərində dəmir vedrə, 3 manat dəyərində ləyən, 50 manat dəyərində bıçaq dəsti, 12 manat dəyərində 24 ədəd meyvə bıçağı, 10 manat dəyərində salat doğrayan, 4 manat dəyərində qapaqlı çörək qabı, 2 manat dəyərində qapaqsız çörək qabı, 15 manat dəyərində qab səbəti, 3 manat dəyərində zibil qabı, 8 manat dəyərində iç-içə keçən kauçuq qabı, 7 manat dəyərində iç-içə keçən dörd künc kauçuq, 6 manat dəyərində 2 ədəd uzun kauçuq qab, 3 manat dəyərində kauçuq qab, 10 manat dəyərində soğan çəkən, 6 manat dəyərində tökmə tava, 8 manat dəyərində tökmə qazan, 5 manat dəyərində aliminium qazan, 10 manat dəyərində aş süzən, 8 manat dəyərində 2 ədəd kəpkir, 4 manat dəyərində 2 ədəd yumurta çırpan, 2 manat dəyərində şirniyyat ələyi, 15 manat dəyərində böyük qəhvədan, 20 manat dəyərində üst-üstə qəhvədan, 10 manat dəyərində balca qəhvədan, 15 manat dəyərində 3 ədəd çini çaydan, 20 manat dəyərində 2 ədəd şamdan, 10 manat dəyərində suvenir göz muncuğu, 8 manat dəyərində 12 ədəd paltar üçün asılqan, 5 manat dəyərində kabab setkası, 6 manat dəyərində 6 ədəd kauçuq qapaqlı şirniyyat qabı, 12 manat dəyərində 6 ədəd şirniyyat qabı, 10 manat dəyərində 2 ədəd uzunsov şirniyyat qabı olan cehiz əmlakları, 40 manat dəyərində 583 əyarlı 1 qram çəkidə sonsuzluq formalı üzük, 120 manat dəyərində 583 əyarlı 3 qram çəkidə üç qoşa üzük, 160 manat dəyərində 583 əyarlpı 4 qram çəkidə üç qoşa üzük, 180 manat dəyərində 583 əyarlı 5 qram çəkidə sadə üzük, 160 manat dəyərində 4 qram çəkidə 583 əyarlı yarpaq gül üzük, 120 manat dəyərində 583 əyarlı 3 qram çəkidə tək qaşlı gül üzük, 240 manat dəyərində 583 əyarlı 6 qram çəkidə sallama sırğa, 600 manat dəyərində 15 qram çəkidə 583 əyarlı yoğun boyunbağı, 220 manat dəyərində 583 əyarlı 6 qram çəkidə qolbağ və dəyəri 280 manat dəyərində 583 əyarlı 7 qram çəkidə nazik boyunbağı olan qızıl-zinət əşyaları və cehiz əmlakları alınaraq iddiaçı X1 verilməlidir. Həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri olan 13805 (on üç min səkkiz yüz beş) manat məbləğində pul vəsaiti cavabdeh Borclu alınıb ilk iddiaçı X1 verilməlidir. Cavabdeh Borclu 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən ərizənin verilməsinə görə ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçı X1 verilməlidir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1764/2023 saylı icra sənədi icraata qəbul edilmiş və Borclu 10 gün müddətində icranı könüllü təmin etməsi tələb olunmuşdur. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə icra orqanının gördüyü məcburi icra tədbirləri çərçivəsində cavabdeh Borclu ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın dəlilləri əsaslıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda cavabdeh tərəfindən üzrsüz səbəblərdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti məhdudiyyət, Borclu tələbkara olan borcunu ödədiyi günədək onun ölkə ərazisindən çıxmasına məhdudiyyət qoyulması kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266- 268-ci, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu Azərbaycan Respublikasından getmək hüququ Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1764/2023 saylı icra sənədi üzrə borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar