Məhkəmə qərarları › İş №8(073)-72/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-72/2023

18.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-72/2023 18.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2346/2022 saylı icra sənədi üzrə cavabdeh Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2346/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu cəmi 15782.21 (on beş min yeddi yüz səksən iki manat iyirmi bir qəpik) manat borc və 137.35 (bir yüz otuz yeddi manat otuz beş qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən qəbul edilmiş icraata başlamaq haqqında qərar və bildiriş borcluya poçt vasitəsi ilə göndərilmişdir. İcra sənədi üzrə borclu xx.xx.1980-ci il tarixdə Cəlilabad rayonunun Alar kəndində doğulmuş, Cəlilabad rayonunun Alar kəndində qeydiyyatda olan Borclu müvafiq bildirişlə icranın dərhal təmin etməsi təklif olunmuş, lakin borclu könüllü icra üçün müəyyən olunmuş müddət ərzində icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu əmlak və gəlir vəziyyəti yoxlanılmış, lakin borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlir aşkar olunmamışdır. Odur ki, Cəlilabad rayon məhkəməsi tərəfindən verilmiş 2(073)-2346/2022 saylı, 22 dekabr 2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə uyğundur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə icra orqanının təqdimatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2346/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu cəmi 15782.21 (on beş min yeddi yüz səksən iki manat iyirmi bir qəpik) manat borc və 137.35 (bir yüz otuz yeddi manat otuz beş qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2346/2022 saylı icra sənədi icraata qəbul edilmiş və Borclu 10 gün müddətində icranı könüllü təmin etməsi tələb olunmuşdur. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə icra orqanının gördüyü məcburi icra tədbirləri çərçivəsində cavabdeh Borclu ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın dəlilləri əsaslıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda cavabdeh tərəfindən üzrsüz səbəblərdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti məhdudiyyət, Borclu tələbkara olan borcunu ödədiyi günədək onun ölkə ərazisindən çıxmasına məhdudiyyət qoyulması kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266- 268-ci, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu Azərbaycan Respublikasından getmək hüququ Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2346/2022 saylı icra sənədi üzrə borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar