Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-10/2023 30.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatına Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 Rayon Məhkəməsinin 2(074)-1099/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(074)-1099/2021 saylı icra sənədinə əsasən, cavabdeh Borclu 14 sentyabr 2021-ci il tarixdən başlayaraq 13 iyun 2008-ci il təvəllüdlü X4 və 06 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment alınıb, iddiaçı X1 verilməlidir. İcra sənədi 06 iyun 2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya rəsmi qaydada təqdim eidlmiş və eyni zamanda, icra sənədində nəzərdə tutulmuş aliment borcunu ödəməsi məqsədi ilə şöbəyə dəvət olunmuş və 21 dekabr 2022-ci il tarixdə izahat alınmışdır. Halhazırda borc məbləği 1436 manat təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(074)-1099/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 14 sentyabr 2021-ci il tarixdən başlayaraq 13 iyun 2008-ci il təvəllüdlü X4 və 06 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 110 manat sabit pul məbləğində olmaqla, cəmi 220 manat aliment alınıb iddiaçı X1 verilməlidir. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin 06 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1099/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən İcraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu icra sənədində göstərilən tələbin könüllü icrası təklif edilmişdir. Beləliklə, məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzürlü səbəb olmadan icra sənədini könüllü icra üçün icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 84-1.1 maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Ona görə də məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx xxxxxx 1984-cü ildə Şamaxı rayonu, Məlikçobanlı kəndində anadan olmuş, həmin ünvanda yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №8(074)-10/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-10/2023
30.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver