Məhkəmə qərarları › İş №8(074)-101/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-101/2022

04.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-101/2022 04.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu əmlakı üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına olan “Şamaxı rayonunda JN 0021 nömrəli dövlət aktlı” torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Şamaxı rayon məhkəməsinin 2(074)-725/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 4422,17 manat və 30 manat dövlət rüsumu pul tutulub Tələbkar1 ASC-yə verilməlidir. Şamaxı rayon məhkəməsinin 2(074)-174/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 5400 manat və 30 manat dövlət rüsumu pul tutulub tələbkar "xxxx" MMC-yə verilməlidir. İcra sənədləri xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixlərdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixlərdə icraya yönəldilmişdir. Şamaxı rayon məhkəməsinin 2(074)-725/2020 saylı, xx.xx.2020-ci il tarixli, Şamaxı rayon məhkəməsinin 2(074)-174/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü və 85-ci maddələrinin tələblərinə uyğun olaraq ümumi icraatda birləşdirilmişdir. İcra sənədinin məcburi icra olunması və qalıq borcun ödənilməsi məqsədilə tərəfimdən icra tədbirləri həyata keçirilmiş və Borclu adma olan “Şamaxı rayonunda JN 0021 nömrəli dövlət aktlı ” torpaq sahəsi aşkar olunmuşdur. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə Borclu adına olan "Şamaxı rayonunda JN 0021 nömrəli dövlət aktlı ” torpaq sahəsinin üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Tələbkar "xxxx" MMC teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-725/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu iddiaçı Kapital Bank ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli RGTK1614866A115 saylı kredit müqaviləsi üzrə 3719,72 manat əsas, 702,45 manat faiz borcu olmaqla, cəmi 4422,17 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)- 725/2020 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(074)- 174/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu iddiaçı ABC X2 Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1722 manat əsas, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3540 manat əsas, 50 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 59 manat əsas, 9 manat cərimə olmaqla, ümumilikdə cəmi 5400 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(074)- 174/2021 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan Borclu olduğu, Şamaxı rayon məhkəməsinin 2(074)-174/2021 saylı, xx.xx.2021 -ci il tarixli, Şamaxı rayon məhkəməsinin 2(074)-725/2020 saylı. xx.xx.2020-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan JN-0021 KOD 41007018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktın surətindən görünür ki, Şamaxı rayonu Dədəgünəş kənd sakini X1, X5, X3, X4, Borclu qızına Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 13 nömrəli qərarı ilə 3.95 hektrar torpaq sahəsi verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Qanunvericiliyin mənasına görə ümumi mülkiyyətdə olan əmlak üzərinə həbsin qoyulması zamanı borclunun əmlakda payı müəyyən olmalı və tələb həmin paya yönəldilməlidir. Hazırda üzərinə həbs qoyulması barədə təqdimat verilmiş əmlak ümümi mülkiyyətdə olduğundan məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-725/2020 saylı və xx.xx.2021-ci il tarixli 2(074)-174/2021 saylı icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində Şamaxı rayonu Dədəgünəş kəndində yerləşən, 3.95 ha, torpaq sahəsinin üzərinə həbs qoyulması barədə verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar