Məhkəmə qərarları › İş №8(074)-102/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-102/2022

04.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-102/2022 04.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu əmlakı üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, borclunun adına Şamaxı rayonu Əngəxaran kəndində 0.14 ha ümumbirgə həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Şamaxı rayon məhkəməsinin 2(074)-782/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 7530 manat pul tutulub Tələbkar2 verilməlidir. Şamaxı rayon məhkəməsinin 2(074)-250/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 1122 manat pul tutulub Tələbkar3 verilməlidir. Şamaxı rayon məhkəməsinin 2(074)-1311/2014 saylı, xx.xx.2014cü il tarixli icra sənədinə əsasən borclular Borclu və X2 569.60 manat pul tutulub Tələbkar3 verilməlidir. Şamaxı rayon məhkəməsinin 2(074)-883/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 976,37 manat pul tutulub Tələbkar1 ASC-yə verilməlidir. İcra sənədləri xx.xx.2020-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2020-ci il tarixlərdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixlərdə icraya yönəldilmişdir. Şamaxı rayon məhkəməsinin 2(074)-782/2020 saylı, xx.xx.2020-ci il tarixli, Şamaxı rayon məhkəməsinin 2(074)-250/2015 saylı, xx.xx.2015-ci il tarixli, Şamaxı rayon məhkəməsinin 2(074)-1311/2014 saylı, xx.xx.2014-cü il tarixli, Şamaxı rayon məhkəməsinin 2(074)-883/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü və 85-ci maddələrinin tələblərinə uyğun olaraq ümumi icraatda birləşdirilmişdir. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə tərəfindən icra tədbirləri həyata keçirilmiş Borclu adına Şamaxı rayonu Əngəxaran kəndində 0.14 ha ümumbirgə həyətyanı torpaq sahəsi aşkar olunmuşdur. Belə ki, tələbin əmlaka yönəldilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının üçüncü bəndinin (məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz) təsiri altına düşmədiyindən, Borclu adına Şamaxı rayonu Əngəxaran kəndində 0.14 ha ümumbirgə həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması məqsədəmüvafiqdir. Əlavə olaraq bildirilir ki, Borclu qeyd olunan torpaq sahəsinin tam hüququlu sahibidir və bu ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin **********81 saylı arayışında öz əksini tapmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(074)-1311/2014 saylı əmrin surətindən görünür ki, xx.xx.1954-cii ildə ünvan 1ində anadan olmuş, Şamaxı rayonu,Əngəxaran kəndində yaşayan Borclu və xx.xx.1981-ci ildə Zərdab rayonu,Salahlı kəndində anadan olmıış, Zərdab rayonu,Salahlı kəndində yaşayan X2 kreditor Bakı şəhəri,Yasamal rayonu,H.Cavid prospekti, 50/14-də yaşayan Tələbkar3 xeyrinə olan 548.60 AZN əsas borc 21 AZN dövlət rüsumu cəmi 569,60 AZN vəsait məcburi tutulmalır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(074)- 1311/2014 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(074)- 250/2015 saylı əmrin surətindən görünür ki, xx.xx.1981-ci ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı şəhəri,Təbriz küçəsi ev 30-da yaşayan borclu X3 və xx.xx.1954-cü ildə Şamaxı rayonu,Əngəxaran kəndində anadan olmuş, Şamaxı rayonu,Əngəxaran kəndində yaşayan Borclu kreditor Bakı şəhəri,Yasamal rayonu,H.Cavid prospekti,50/14-də yaşayan Tələbkar3 xeyrinə olan 1.101 AZN əsas borc 21 AZN dövlət rüsumu cəmi 1.122 AZN vəsait məcburi tutulmalır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(074)- 250/2015 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)- 782/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu 7500 manat və ödənilmiş dövlət rüsumu üzrə 30 manat alınıb iddiaçı Tələbkar2 verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)- 782/2020 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)- 883/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu iddiaçı ləğv prosesində olan DəmirBank ASC- nin xeyrinə 818,78 manat əsas, 10 manat cərimə, gecikdirilmiş vaxt üçün 117,59 manat faiz borcu olmaqla, ümumilikdə 946,37 manat borc və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(074)- 1311/2014 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(074)- 250/2015 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)- 782/2020 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)- 883/2020 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan Borclu oğlunun borclu olduğu, Şamaxı rayon icra və probasiya şöbəsinin icraatında olan Şamaxı rayon məhkəməsin 2(074)- 782/2020 saylı, xx.xx.2020-ci il tarixli, Şamaxı rayon məhkəməsinin 2(074)-250/2015 saylı, xx.xx.2015-ci il tarixli, Şamaxı rayon məhkəməsinin 2(074)-1311/2014 saylı, xx.xx.2014-cü il tarixli, Şamaxı rayon məhkəməsinin 2(074)-883/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********81 saylı 14 saylı Ərazi İdarəsinin məktubundan görünür ki, xx.xx.1952-ci təvəllüdlü Borclu adına idarənin arxivində qeydiyyata alınmış daşınmaz əmlak barədə məlumat aşkar edilmədi xx.xx.1954cü il təvəllüdlü Borclu adına Şamaxı rayonunun Əngəxaran kəndində JN 032A nömrəli şəhadətnaməyə əsasən 0.14 ha ümumbirgə həyətyanı torpaq sahəsi vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Qanunvericiliyin mənasına görə ümumi mülkiyyətdə olan əmlak üzərinə həbsin qoyulması zamanı borclunun əmlakda payı müəyyən olmalı və tələb həmin paya yönəldilməlidir. Hazırda üzərinə həbs qoyulması barədə təqdimat verilmiş əmlak ümümi mülkiyyətdə olduğundan məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şamaxı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(074)-1311/2014 saylı, xx.xx.2015-ci il tarixli 2(074)-250/2015 saylı, xx.xx.2020-ci il tarixli 2(074)-782/2020 saylı və xx.xx.2020-ci il tarixli 2(074)-883/2020 saylı icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində ünvan 1ində yerləşən, 0.14 hektar torpaq sahəsinin üzərinə həbs qoyulması barədə verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar