Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-103/2022 04.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Borclu əmlakı üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına olan ** LX *** qeydiyyat nişanlı, “VAZ 2106 minik markalı” avtomobil üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-1823/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu AR MPM-nin 120-ci maddəsinə əsasən 300 manat məbləğində cərimə edilmişdir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2017-ci il tarixində icraya yönəldilmişdir. Borclu mülkiyyətində olan ***-***-**-** mobil nömrəsi əlaqə saxlanılmış, borclu xx.xx.2022-ci il tarixdə şöbəyə gələcəyini, xx.xx.2022-ci il tarixdə borcunu ödəyəcəyini, xx.xx.2022-ci il tarixdə isə zəngə cavab verməmişdir. İcra sənədinin məcburi icra olunması və qalıq borcun ödənilməsi məqsədilə tərəflərindən icra tədbirləri həyata keçirilmiş və Borclu adına olan ** LX *** qeydiyyat nişanlı “VAZ 2106 minik markalı ” avtomobil aşkar olunmuşdur. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə Borclu adına olan ** LX *** qeydiyyat nişanlı “VAZ 2106 minik markalı ” avtomobil üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(074)-1823/2017 saylı icra sənədinin surətindən görünür ki, cavabdeh Borclu Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən dövlətin xeyrinə 300 manat miqdarında cərimə edilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(074)-1823/2017 saylı, icra vərəqəsi üzrə icraata başlanılmış və borclulara icranı 10 gün müddətində könüllü şəkildə təmin etməsi təklif edilmişdir. İş materiallarında olan şəxsi kartoçkanın surətindən görünür ki, Borclu mülkiyyətində “VAZ 2106” minik markalı, ** LX *** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, Borclu Şamaxı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(074)-1823/2017 saylı icra sənədi üzrə yaranmış borcu xx.xx.2020-ci il tarixədək ödəməsi təklif edilmiş, əks təqdirdə məhkəmə qərarı əsasında məcburi gətirilmə barədə tədbirlərinin tətbiq ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, Borclu Şamaxı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(074)-1823/2017 saylı icra sənədi üzrə yaranmış borcu xx.xx.2019-cu il tarixədək ödəməsi təklif edilmiş, əks təqdirdə məhkəmə qərarı əsasında məcburi gətirilmə barədə tədbirlərinin tətbiq ediləcəyi barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur. Hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icra məmuru tərəfindən icra sənədi üzrə borclunun yaşadığı ünvana xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə icra sənədinin icra olunması ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Bundan sonra isə icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı hər hansı tədbirin görülməsi, eləcə də borclunun İcra İdarəsinə çağırılması, digər məcburi icra tədbirlərini görməsi, borclunun icra sənədi üzrə yaranmış borcuna mütənasib əmlakının olub-olmamasını araşdırması təqdimata əlavə edilmiş sənədlərdən görünmür. Bununla da icra məmurunun icra sənədinin icrası ilə bağlı qanununda nəzərdə tutulmuş bütün imkanlardan istifadə etməsi öz təsdiqini tapmamışdır. Digər tərəfdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göründüyü kimi, hazırkı təqdimat əsaslandırılmamış, icra məmurunun kifayət qədər araşdırma aparmış olduğu və borclunun, üzərinə həbs qoyula biləcək mütanasib əmlakının olmadığını müəyyən etdiyi sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şamaxı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(074)-1823/2017 saylı icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-103/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-103/2022
04.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver