Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-110/2022 23.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyata alınmış “Mercedes Benz 809” yük markalı **-ED-*** dövlət qeydiyyat nişanlı, avtomaşının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 20 aprel 2016-cı il tarixli qərarla icraatına başlanılmış Şamaxı rayon Məhkəməsinin 2(074)-660/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən borclular Borclu Müştaq oğundan, X2 və X1 tələbkar "xxxx"ASC-nin xeyrinə 1601 ABŞ dolları əsas borc, 409 ABŞ dolları faiz borcu, cəmi 2010 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İcra sənədi 20 aprel 2016-cı il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar və bildiriş qəbul olunaraq tərəflərə göndərilmişdir. Borclu Müştaq oğlu barəsində müvafiq banklara və təşkilatlara əmlak sorğuları edilmiş, Borclu Müştaq oğlunun adına alınmış “Mercedes Benz 809” yük markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olması müəyyən olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(074)-660/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1962-cı ildə ünvan 1 ünvanında yaşayan Borclu Müştaq oğlundan, xx.xx.1984-ci ildə Şamaxı rayonu Bağırlı kəndində anadan olmuş, Şamaxı rayonu Bağırlı kəndində yaşayan X2 və xx.xx.1983-ci ildə Şamaxı rayonu Bağırlı kəndində anadan olmuş, Şamaxı rayonu Bağırlı kəndində yaşayan X1 ünvan 3 ünvanında yerləşən Tələbkar-ni xeyrinə 1601 ABŞ dolları əsas borc, 409 ABŞ dolları faiz borcu, cəmi 2010 ABŞ dolları borc və 20 manat dövlət məbləğində rüsumu tutulması əmr edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-ci il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(074)-660/2016 saylı icra sənədi üzrə icraata başlanılmış və borclulara icranı 10 gün müddətində könüllü şəkildə təmin etməsi təklif edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluların əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində “Mercedes Benz 809” yük markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyata alınması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə Borclu məxsus olan “Mercedes Benz 809” yük markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(074)-660/2016 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes Benz 809” yük markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-110/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-110/2022
23.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver