Məhkəmə qərarları › İş №8(074)-111/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-111/2022

23.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-111/2022 23.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu iştirakı ilə, Borclu əmlakı üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, borclunun adına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 0.02 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)- 1140/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu, X1 ümumilikdə 9619.15 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə ödənilməlidr. İcra sənədi 12 aprel 2022-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar, bildiriş qəbul olunaraq tərəflərə göndərilərək qanunamüvafıq qaydada icraya yönəlmişdir. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə tərəfimizdən icra tədbirləri həyata keçirilmiş Borclu adına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 0.02 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi aşkar olunmuşdur. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə icra tədbirləri həyata keçirilmiş həmçinin “Elektron İcra” İnformasiya sistemindən alman çıxarışa əsasən Borclu adma Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 0.02 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi aşkar olunmuşdur. Tələbin əmlaka yönəldilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə ” 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının üçüncü bəndinin (məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz) təsiri altına düşmədiyindən, Borclu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 0.02 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək həmin torpaq sahəsinin yaşadığı evin həyətyanı torpaq sahəsi olduğunu yeganə yaşayış yerinin həmin ev olduğunu bildirərək təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)- 1140/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər Borclu və X1 müştərək qaydada Tələbkar ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9456.63 manat əsas borc, 152.52 manat faiz borcu və 10,0 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9619,15 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutuması və Borclu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan şəxsi kartoçkanın surətindən görünür ki, Borclu adına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 0.02 ha yaşayış məntəqələrinin torpaq sahəsi mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının birinci bəndinə görə borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsini yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, üzərinə həbs qoyulması barədə təqdimat verilmiş Borclu mülkiyyətində olan 0,02 hektar torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsi olduğundan, tələb həmin torpaq sahələrinə yönəldilə bilməz. Buna görə də təqdimat rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-1140/2021 saylı icra sənədinin icrası ilə bağlı Borclu adına olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 0.02 hektar torpaq sahəsinin üzərinə həbs qoyulması barədə verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar