Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-114/2022 31.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına Şamaxı rayonu, Hacıqədirli kəndində 4.3059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı regional "Asan xidmət” mərkəzində notariat ofisinin 8İ-6394 saylı, 01,07.2022-ci il tarixli icra qeydinə əsasən Borclu cəmi 1954,28 manat pul və 25 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə Borclu adına Şamaxı rayonu,Hacıqədirli kəndində 4.3059 ha kənd təsərrüfatı təyinatlı əkin sahəsi aşkar olunmuşdur. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə Borclu adına Şamaxı rayonu, Hacıqədirli kəndində 4.3059 ha kənd təsərrüfatı təyinatlı əkin sahəsinin üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İş materiallarında olan Şamaxı regional «Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-6394 saylı icra qeydinin surətindən görünür ki, Tələbkar ASC Borclu RGTK3710513A157 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1954,28 manat tutulmalıdır. Borclu tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1979 manat 28 qəpik (min doqquz yüz yetmiş doqquz manat iyirmi səkkiz qəpik) pul tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı regional «Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ- 6394 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətinə icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan şəxsi kartoçkanın surətindən görünür ki, Borclu adına Şamaxı rayonu, Hacıqədirli kəndində 4.3059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının üçüncü bəndinə görə əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədi icra məmuruna təqdim olunmuş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və könüllü icra üçün borcluya verilmiş müddət ərzində borclu tələbi icra etməmişdir. Qeyd edilənlərə məhkəmə hesab edir ki, icra vərəqəsinin icrasını təmin etmək üçün təqdimat qismən təmin edilməli, Borclu mülkiyyətində olan Şamaxı rayonu, Hacıqədirli kəndində 4.3059 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 hektaradək hissəsi istisna olmaqla qalan hissəsinin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat qismən təmin edilsin. Şamaxı regional «Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-6394 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclunın mülkiyyətində olan Şamaxı rayonu, Hacıqədirli kəndində 4.3059 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 hektaradək hissəsi istisna olmaqla qalan hissəsinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-114/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-114/2022
31.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver