Məhkəmə qərarları › İş №8(074)-115/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-115/2022

31.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-115/2022 31.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyata alınmış “VAZ 21074” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli qərarla icraatına başlanılan, Şamaxı rayon Məhkəməsinin 2(074)-589/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu 7040 manat həcmində maddi zərər və 30 manat dövlət rüsumu alınıb “Azərbaycan Kağız və X1” MMC-yə verilməlidir. Borclu barəsində olan borcunu ödəməyərək icra sənədini icra etməmişdir. “Elektron İcra İnformasiya” sistemində Borclu adına VAZ 21074 minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomaşın aşkar olunmuşdur. Odur ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-589/2014 saylı, xx.xx.2014-cü il tarixli icrasını təmin etmək üçün yəni Borclu borc məbləğinin alınaraq “Azərbaycan Kağız və X1” MMC-nin xeyrinə ödənilməsi məqsədi ilə Borclu adına qeydiyyata alınmış VAZ 21074 minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(074)-589/2014 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu 7040 AZN həcmində maddi zərər və 30 manat dövlət rüsumu alınıb “Azərbaycan Kağız və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(074)-589/2014 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı 10 gün müddətində könüllü şəkildə təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli borclunun əmlakının axtarılması haqqında qərarın surətindən grünür ki, X2 zğlunun mülkiyyətində olan VAZ 21074 minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluların əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində “VAZ 21074” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyata alınması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Şamaxı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(074)-589/2014 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar