Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-116/2022 31.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Borclu əmlakı üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına Şamaxı rayonu, Avaxıl kəndində 0.6734 ha və 0.2711 ha kənd təsərrüfatı təyinatlı əkin sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-497/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2015-ci il tarixli 010311 60030181 saylı kredit müqaviləsi üzrə 1450 manat əsas, 238 manat faiz, 8,40 manat cərimə olmaqla, cəmi 1696,40 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37 manat pul tutularaq Tələbkar MMQBKT-yə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə Borclu adma Şamaxı rayonu,Avaxıl kəndində 0.6734 ha və 0.2711 ha kənd təsərrüfatı təyinatlı əkin sahəsi aşkar olunmuşdur. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə Borclu adına Şamaxı rayonu,Avaxıl kəndində 0.6734 ha və 0.2711 ha kənd təsərrüfatı təyinatlı əkin sahəsinin üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-497/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, Borclu xx.xx.2015-ci il tarixli **********0181 nömrəli kredit müqaviləsi üzrə 1450 manat əsas, 238 manat faiz, 8,40 manat cərimə olmaqla, cəmi 1696,40 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37 manat pul tutularaq «FİNCA Azerbaijan” MM QBKT-yə ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan şəxsi kartoçkanın surətindən görünür ki, Borclu adına Şamaxı rayonu,Avaxıl kəndində 0.6734 ha və 0.2711 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının üçüncü bəndinə görə əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, üzərinə həbs qoyulması barədə təqdimat verilmiş Borclu mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0.6734 ha və 0.2711 ha torpaq sahələri kənd təsərrüfatı təyinatlı və bir hektaradək olan torpaq sahəsi olduğundan və borclu kənd təsərrüfatı ilə məşğul olduğundan, tələb həmin torpaq sahələrinə yönəldilə bilməz. Buna görə də təqdimat rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-497/2022 saylı icra sənədinin icrası ilə bağlı Borclu adına olan Şamaxı rayonu, Avaxıl kəndində 0.6734 hektar və 0.2711 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-116/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-116/2022
31.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver