Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-118/2022 06.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu məcburi gətirilməsi barədə Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, Şamaxı şəhəri,A.Sultanova küçəsi ev 17-də qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü Borclu polis vasitəsilə Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli qərarla icraatına başlanılmış, Nizami rayon Məhkəməsinin 2(007)-2754/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən 04 oktyabr 2012-ci il tarixli 89-12 saylı kredit müqaviləsindən yaranmış əsas borc üzrə 3277,15 ABŞ dolları, faiz borcu üzrə 665,69 ABŞ dolları,cərimə borcu üzrə 239,26 ABŞ dolları, cəmi 4182,10 ABŞ dolları (qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə almaqla, manatla) və 30 manat məbləğində dövlət rüsumu borclular X2, Borclu və X1 Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar Şamaxı şəhəri, A.Sultanova küçəsi, ev 17-də qeydiyyatda olan Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2022-ci il tarixdə göndərilmiş lakin borclu şöbəyə gəlməyərək icra sənədinin icrasından yayınmışdır. Beləliklədə Şamaxı şəhəri, A.Sultanova küçəsi, ev 17-də qeydiyyatda olan Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2013cü il tarixli 2(007)-2754/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, 04 oktyabr 2012ci il tarixli 89-12 saylı kredit müqaviləsindən yaranmış əsas borc üzrə 3277,15 ABŞ dolları, faiz borcu üzrə 665,69 ABŞ dolları, cərimə borcu üzrə 239,26 ABŞ dolları, cəmi 4182,10 ABŞ dolları (qərnaməııin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə almaqla, manatla) və 30 manat məbləğində dövlət rüsumu cavabdehlər X2, Borclu və X1 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon icra şöbəsinin xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(007)-2754/2013 saylı icra sənədi üzrə icraata başlanılmış və Borclu tələbin 10 gün müddətinə icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclunun məcburi qaydada Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmış, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında“ Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(007)-2754/2013 saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Şamaxı rayon icra və probasiya şöbəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü Borclu Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Şamaxı rayon Polis Şöbəsinə və Şamaxı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-118/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-118/2022
06.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver