Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-12/2023 14.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X16 Murtuza oğlunun sədrliyi Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, icra sənədi üzrə X2nun nümayəndəsi Nümayəndə, Tələbkar və Maraqlı şəxs icra məmuru X7 iştirakı ilə, Maraqlı şəxs icra məmuru Orxan Bağırovun “Borclunun axtarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarından borclunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Abşeron Rayon Məhkəməsinin 2(012)-252/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızının cavabdeh X8 qarşı nikahın pozulması, uşağın himayəsində saxlanılması və aliment tələbinə dair ilk iddiası qismən təmin edilərək, X9 ilə Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, ilk iddia qalan hissədə rədd edilmiş, cavabdeh X6 Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızına qarşı uşağın atanın yanında qalması tələbinə dair qarşılıqlı iddiası təmin edilərək, xx.xx.2013-cü il təvəllüdlü X10 atası X6 himayəsində saxlanması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1845/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-252/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilk iddianın təmin olunmaması, habelə qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, ilk iddia qismən təmin olunaraq, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın atası X6 himayəsindən alınaraq, anası Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızının himayəsinə verilməsi, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 hər ay 136,6 manat sabit pul məbləğində alimentin tutularaq, Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızına verilməsi, qarşılıqlı iddianın təmin olunmaması, qətnamənin tərəflər arasında bağlanmış 17 avqust 2012-ci il tarixli nikahın pozulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1845/2017 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsinə izah verilməsi barədə cavabdeh X6 ərizəsi təmin olunaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1845/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 hər ay 136,6 manat sabit pul məbləğində alimentin tutularaq, Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızına verilməsinin həmin uşağın atası X4 alınaraq, anası X3 himayəsinə verildiyi gündən hesablanması barədə izah verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1845/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş və xx.xx.2018-ci il tarixdə İcraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan icra məmurunun “Borclunun axtarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarından görünür ki, aparılan icra tədbirləri nəticəsində X2nun qeydiyyatda olduğu Şamaxı rayonu, Çuxuryurd kəndində yaşamadığı məlum olduğundan, borclunun barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan icra məmurunun “İcra sənədinin aidiyyatı üzrə göndərilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarından görünür ki, X2nun ünvan 1 ünvanında yaşadığı məlum olduğundan, icra sənədi aidiyyati üzrə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda X2nun nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs “Borclunun axtarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və əsassız olaraq hesablanmış aliment borcunun silinməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 252/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə oğlu X9 ilə Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızı arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş Ayxan adlı uşaqları atası Sahib Aşurovun himayəsində saxlanılması qət edilmişdir. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1845/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin müvafiq qətnaməsi qismən ləğv edilmiş və tərəflərin birgə nikahından olan övladları Ayxan atası Sahib Aşurovun himayəsindən alınaraq, anası Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızının himayəsinə verilmiş və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sahib Aşurovdan hər ay 136,6 manat məbləğində alimentin Hüsniyyə Aşurovanın xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsinin icrası Maraqlı şəxsnə həvalə edilmişdir. Maraqlı şəxs xx.xx.2018-ci il tarixli qərarı ilə oğlu X6 barəsində axtarış elan edilmişdir. Qeyd olunan axtarış qərarına zərurət olmaması barədə cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət edilməsinə və buna dair mötəbət sübütlar təqdim edilməsinə baxmayaraq, cavabdeh müraciətini nəzərə almamış və hərəkətsizlik nümayiş etdirmişdir. Baxmayaraq ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1845/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları Ayxan atası Sahib Aşurovun himayəsindən alınaraq, anası Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızının himayəsinə verilməsi qət edilmiş, azyaşlı Ayxan hər zaman atasının yanında olmuşdur. Bununla yanaşı, yetkinlik yaşına çatmamış Ayxan faktiki olaraq atası Sahib Aşurovun himayəsində olduğundan, alimentlə bağlı mövcud olan məhkəmə aktının icrasının hansı vaxtdan aparılmalı olduğuna dair izahın verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1845/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Aşurov Sahib Mehdiİxan oğlundan hər ay 136,6 manat sabit pul məbləğində alimentin tutularaq, Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızına verilməsi həmin uşağın atası X4 alınaraq, anası X3 himayəsinə verildiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində qeyd olunur ki, tərəflərin birgə nikahından olan övladları Ayxan kiçik yaslarından bu günə kimi atası Sahib Aşurovun yanında qalmış və Ayxanın qavrayışında Tələbkar “ana” obrazı kimi formalaşmamışdır. Bununla yanaşı, Ayxanın atası Sahib Aşurovun yanında qaldığı və ona bağlılığı Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının xx.xx.2022-ci il tarixli rəyində də öz əksini tapmışdır. Qeyd olunanları əsas götürərək, xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edilmiş və formal olaraq hesablanmış aliment borcunun silinməsinin təmin edilməsi və axtarış qərarının ləğv edilməsi barədə zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. Lakin, cavabdeh müraciətinə 35 gündən çox müddət keçməsinə baxmayaraq, heç bir münasibət bildirmədiyindən, tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə Maraqlı şəxs xx.xx.2018-ci il tarixli “Borclunun axtarılması haqqında” qərarın ləğv edilməsi və əsassız olaraq hesablanmış aliment borcunun silinməsi öhdəliyinin cavabdeh Maraqlı şəxs üzərinə qoyulması barədə iddia ərizəsi ilə müraciət edilmişdir. Həmin məhkəmənin 2-1(118)-3535/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə sözügedən iddia tələbi mümkün hesab edilməyərək, qeyd edilmişdir ki, “...hazırki iddia ilə bağlı məhkəmə qərarının icrasına nəzarət edən məhkəməyə müraciət edilə bilər”. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəsi geri qaytarılaraq qeyd edilmişdir ki, “...X6 nümayəndəsi Nümayəndə qeyd olunan ərizə ilə icra hərəkətlərini aparan icra məmurunun olduğu yer üzrə birinci instansiya məhkəməsinə müraciət etməli, müraciət edəcək ərizədə maraqlarına toxunacaq şəxs kimi həmçinin Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızını da göstərməlidir, lakin buna baxmayaraq birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir”. Məhkəmə iclasında X2nun nümayəndəsi Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Tələbkar şikayət ərizəsini əsassız hesab edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X11 göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi icra olunması üçün Maraqlı şəxsnə daxil olmuş və icra sənədinin icrası ilə bağlı icra tədbirləri keçirilsə də, borclunun tapılması mümkün olmamışdır. Bu səbəbdən, borclunun barəsində axtarış elan edilmişdir. Göstərilənlərə əsasən, “Borclunun axtarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarı qanuni və əsaslı hesab edərək, borclunun nümayəndəsi tərəfindən verilmiş şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsi əsassız olduğundan, təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1845/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi xx.xx.2019-cu il tarixdə Maraqlı şəxsndən icraatlarına daxil olmuş, müvafiq icra tədbirlərinə başlanılmış və X2nun ünvan 1 ünvanında yaşamadığı müəyyən edilmişdir. Daha sonra borclunun Sabirabad rayonu, Qarağac kəndinə qeydiyyata alınması barədə məlumat əldə edilmiş, həmin məlumat əsasında xx.xx.2019-cu il tarixdə Sabirabad Rayon Polis Şöbəsinə məktub göndərilərək, borclu S.Aşurovun barəsində Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarış işinin açıldığı, lakin buna baxmayaraq, borclunun xx.xx.2018-ci il tarixdə Sabirabad RPŞ tərəfindən Sabirabad rayonu, Qarağac kəndinə qeydiyyata alındığı, borclunun bu günə kimi şöbəyə təhvil verilmədiyi bildirilərək, axtarış işinin nəzarətə götürülməsi xahiş edilmişdir. Sabirabad RPŞ xx.xx.2019-cu il tarixli cavab məktununda bildirmişdir ki, borclu S.Aşurov qeydiyyatını dəyişməsi ilə əlaqədar, yeni şəxsiyyət vəsiqəsi əldə etmək üçün həmin şöbəyə müraciət etmiş, lakin həmin vəsiqə sahibinə təqdim edilməmişdir. S.Aşurov şəxsiyyət vəsiqəsini götürmək üçün müraciət etdikdə, onun saxlanılması təmin ediləcəkdir. Borclu X1 rayonu, Qarağac kəndində qeydiyyatda olduğundan, Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi icra olunması üçün aidiyyatı üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və hazırda icra sənədi həmin şöbənin icraatındadır. İş materiallarında olan Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədində əsasən, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü Ayxan adlı adlı uşaq atası X6 himayəsindən alınaraq, anası Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızının himayəsinə verilməli, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 hər ay 136,6 manat sabit pul məbləğində aliment alınaraq, Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızına verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən, X4 icra sənədində qeyd olunan əmlaklar və ya onların pul dəyəri, cəmi 18960 manat alınaraq, Bağırova (Aşurova) Gülşənəm Ələddin qızına verilməlidir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, X4 cəmi 3530 manat məbləğində pul tutularaq, tələbkar Qərb Universiteti Tam Orta Məktəbinə verilməlidir. Qeyd olunan icra sənədləri icra edilməsi üçün aidiyyatı üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Maraqlı şəxs xx.xx.2018-ci il tarixli qərarı ilə X2nun barəsində axtarış elan olunmuş və hal-hazırda da borclu axtarışdadır. Qeyd olunan icra sənədləri üzrə X2na dəfələrlə bildirşlər göndərilməsinə baxmayaraq, o, icra məmurunun çağırışlarına gəlməmiş və qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən edildiyindən, icra sənədinin icrası bu günədək icrasız qalmışdır. İcra sənədlərinin icrası üçün, X2nun tapılaraq, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilməsi zəruridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 27.1-ci maddəsinə əsasən, icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Eyni zamanda, X15 Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarından göründüyü kimi, icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin borclunun olduğu yer müəyyən olunmadığından, barəsində axtarış elan edilmiş və hazırda da icra sənədi icrasız qalmaqla, borclunun barəsində axtarış qərarının qəbul olunmasına əsas olmuş zərurət aradan qalxmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, borclunun axtarılması haqqında icra məmurunun qərarının ləğv olunması üçün qanuni əsaslar müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, borclunun nümayəndəsinin şikayət ərizəsində göstərdiyi “hesablanmış aliment borcunun silinməsi” hissəsi iddia icraatı qaydasında baxılmalı məsələdir və hazırki şikayətlə bir icraatda baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilənləri əsas tutaraq məhkəmə hesab edir ki, Maraqlı şəxs “Borclunun axtarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və əsassız olaraq hesablanmış aliment borcunun silinməsi barədə borclunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət ərizəsi təmin olunmamalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Maraqlı şəxs “Borclunun axtarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və əsassız olaraq hesablanmış aliment borcunun silinməsi barədə borclunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət ərizəsi təmin olunmasın. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №8(074)-12/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-12/2023
14.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver