Məhkəmə qərarları › İş №8(074)-120/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-120/2022

12.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-120/2022 12.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatına Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 rayon Məhkəməsinin 2(074)-377/2020 saylı 10 avqust 2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin 2(074)-377/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment, eyni zamanda xx.xx.2017-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat məbləğində aliment alınıb tələbkar X1 verilməlidir. Şamaxı rayon məhkəməsinin 2(074)-1327/2021 saylı, xx.xx.2021- ci il tarixli icra sənədinə əsasən Borclu qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq birgə nikahdan doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment alınıb Tələbkar verilməlidir. İcra sənədləri xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixlərdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmiş və eyni zamanda icra sənədində nəzərdə tutulmuş aliment borcunu ödəməsi məqsədi ilə borcluya xəbərdarlıq göndərilmişdir. Borclu barəsində xx.xx.2022- ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq Şamaxı rayon məhkəməsinə təqdim olunmuş, borclu 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Hal-hazırda icra sənədləri üzrə ümumilikdə borc məbləği 1855 manat təşkil edir. Məhkəmədən Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul olunması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-377/2020 saylı, 10 avqust 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 03 mart 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment, eyni zamanda xx.xx.2017-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat məbləğində aliment alınıb iddiaçı X1 verilməlidir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 13 avqust 2020-ci il tarixli qərarının surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə təklif edilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon icra şöbəsinin 13 avqust 2020-ci il tarixli icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə təklif edilmişdir. İş materialalrında olan Şamaxı rayon məhkəməsinin 2(074)-1327/2021 saylı, 23 dekabr 2021- ci il tarixli icra vərəqəsinə əsasən şamaxı rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(074)- 377/2020 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılmış və cavabdeh Borclu qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 04 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 13 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə təklif edilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon icra şöbəsinin 13 may 2022-ci il tarixli icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə təklif edilmişdir. Beləliklə də məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzürlü səbəb olmadan icra sənədini könüllü icra üçün icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 84-1.1 maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Ona görə də məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu xx xxxx 1994-cü ildə Şamaxı rayonu Şərədil kəndində anadan olmuş, həmin kənddə yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar