Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-126/2022 29.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu əmlakının üzərinə həbsin qoyulması barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Borclu Məlikməməd oğlunun adına qeydiyyata alınmış VAZ 21070 minik markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatda göstərilir ki, 13 avqust 2018-ci il tarixli qərarla icraatına başlanılmış Şamaxı rayon Məhkəməsinin 2(074)-592/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclular X2 və Borclu müştərək qaydada Tələbkar QSC-nin xeyrinə 1990,79 ABŞ dolları məbləğində əsas borc, 989,92 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla cəmi 2984,71 ABŞ dolları borc və ödənilmiş 20 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar və bildiriş qəbul olunaraq tərəflərə göndərilmişdir. Borclu barəsində müvafiq banklara və təşkilatlara əmlak sorğuları edilmiş, Borclu adma alınmış “VAZ 21070” minik markalı **- DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən olunmuşdur. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə Borclu adına qeydiyyata alınmış “VAZ 21070” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclası tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli 2(074)- 592/2018 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər X2 və Borclu müştərək qaydada Tələbkar QSC-nin xeyrinə 1990,79 ABŞ dolları məbləğində əsas borc. 989,92 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları məbləğində cərimə : imama, cəmi 2984,71 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla tutulmalı, cavabdehlər X2 və Borclu müştərək qaydada 20 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Tələbkar QSC-yə verilməli və cavabdeh X1 10 manat məbləğində dövlət rüsumu alınıb dövlət nəfinə verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 13 avqust 2018ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 13 avqust 2018-ci il tarilxi bildirişdən görünür ki, Borclu icranı könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarından görünür ki, Borclu adına VAZ 21070 minik markalı 90DF427 dövlət nişanlı avtomaşın qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Beləliklə, Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Borclu adına olan VAZ 21070 minik markalı 90DF427 dövlət nişanlı avtomaşın üzərinə həbs qoyulmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, məcburi icra tədbiri kimi göstərilmişdir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu adına olan VAZ 21070 minik markalı 90DF427 dövlət nişanlı avtomaşının üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Şamaxı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №8(074)-126/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-126/2022
29.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver