Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-128/2022 04.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Şamaxı rayon məhkəməsinin 2(074)-82/2022 saylı 15 fevral 2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına Şamaxı rayonu Çahran kəndində olan 3,4312 ha 2,4312 ha hissəsinin və 0,3471 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru babək İsmayılov Şamaxı rayon məhkəməsinin 2(074)-82/2022 saylı 15 dekabr 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclunun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatdan görünür ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclular X8, X2, Borclu, X4, X5, X6 və X3 19000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb Tələbkar verilməlidir. İcra sənədi 12 may 2022-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar, bildiriş qəbul olunaraq Tərəflərə göndərilərək qanunamüvafıq qaydada icraya yönəlmişdir. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə icra tədbirləri həyata keçirilmiş Borclu mülkiyyətində Şamaxı rayonu Çarhan kəndində 3,4312 ha və 0,3471 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri aşkar olunmuşdur. Belə ki, tələbin əmlaka yönəldilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə- 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının üçüncü bəndinin məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz) təsiri altına düşmədiyindən, Borclu adına Şamaxı rayonu Çarhan kəndində 2,4312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması məqsədəmüvafiq hesab olunur. Əlavə olaraq Borclu qeyd olunan torpaq sahəsinin tam hüququlu sahibidir və bu elektron icra sistemindən əldə olunmuş məlumatda öz əksini tapmışdır. Məhkəmədən təqdimatın təmin olunması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişdir və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(074)- 82/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər X8, X2, Borclu, X4, X5, X6 və X3 19000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçı Tələbkar verilməlidir. İcra sənədi 12 may 2022-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar, bildiriş qəbul olunaraq tərəflərə göndərilərək qanunamüvafiq qaydada icrya yönəlmişdir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 12 may 2022-ci il tarixli könüllü icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin könüllü icra olunması barədə təklif edilmişdir. İş materiallarında olan məlumatların əldə edilməsi sənədindən görünür ki, Borclu adına Şamaxı rayonu Çarhan kəndində mülkiyyətində olan 3,4312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə icra tədbirləri həyata keçilmiş həmçinin, Elektron İcra informasiya sistemindən alınan çıxarışa əsasən Borclu adına Şamaxı rayonu Çarhan kəndində 3,4312 ha torpaq sahəsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının üçüncü bəndinə görəəsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kəndtəsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Ona görə də təqdimat qismən təmin edilməli, Borclu adına Şamaxı rayonu Çarhan kəndində yerləşən 3,4312 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1,0 hektarı istisna olmaqla 2,4312 hektar torpaq sahəsi üzərinə həbs qoyulmalı, 0,3471 hektar torpaq sahəsinin üzərinə həbs qoyulması hissəsində təqdimat rədd edilməlidir.. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu mülkiyyətində olan Şamaxı rayonu Çarhan kəndində yerləşən 3,4312 hektar torpaq sahəsindən 2,4312 hektarının üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Şamaxı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №8(074)-128/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-128/2022
04.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver