Məhkəmə qərarları › İş №8(074)-131/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-131/2022

10.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-131/2022 10.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 4408/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu tələbkar "xxxx" KB ASC-nin xeyrinə cəmi 14963,94 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunan icra sənədi müvafiq olaraq xx.xx.2019-cu il tarixdə şöbəyə daxil olmuş və icra sənədinin icraatına başlanılaraq icra tədbirləri aparılmışdır. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Borclu tərəfindən borc tam olaraq ödənilməmiş, qalıq borcu hal hazırda Tələbkar ASC-nin xeyrinə cəmi 12877,96 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)-4408/2018 saylı icra sənədinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10700.24 ABŞ dolları əsas borc, 4213.7 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 14963.94 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçı "xxxx" X1 ASC-nin hesabına ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)- 4408/2018 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Borclu ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, ŞSumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)- 4408/2018 saylı icra sənədi üzrə olan borcunu təcili olaraq tam şəkildə ödəməsi və bu barədə qəbzlə birlikdə Şamaxı rayon icra və probasiya şöbəsində olması, ödəməyəcəyi təqdirdə barəsində axtarış elan olunacağı, məcburi gətirilmə barədə məhkəməyə təqdimat veriləcəyi və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Borclu ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)- 4408/2018 saylı icra sənədi üzrə olan borcunu təcili olaraq tam şəkildə ödəməsi və bu barədə qəbzlə birlikdə Şamaxı rayon icra və probasiya şöbəsində olması, ödəməyəcəyi təqdirdə barəsində axtarış elan olunacağı, məcburi gətirilmə barədə məhkəməyə təqdimat veriləcəyi və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Borclu ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)- 4408/2018 saylı icra sənədi üzrə olan borcunu təcili olaraq tam şəkildə ödəməsi və bu barədə qəbzlə birlikdə Şamaxı rayon icra və probasiya şöbəsində olması, ödəməyəcəyi təqdirdə barəsində axtarış elan olunacağı, məcburi gətirilmə barədə məhkəməyə təqdimat veriləcəyi və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin və məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqların borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədlərinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, icra sənədləri üzrə borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)-4408/2018 icra sənədi üzrə borclu xx.xx.1963-cı ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı rayonu Muğanlı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar