Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-133/2022 11.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şamaxı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, Şamaxı rayonu Dağ-Bağırlı kəndində anadan olmuş, Şamaxı şəhəri H.Z.Şirvani küçəsi ev 1, dalan 6-da qeydiyyatda olan Borclu Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 03 dekabr 2020-ci il tarixli qərarla icraata başlanılmış Şamaxı rayon Məhkəməsinin 2(074)-708/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şamaxı rayon məhkəməsinin 2(074)-1184/2019 saylı, 19 11.2019-cu il tarixli qətnaməsi ilə qət edilmiş alimentin miqdarı ınsrimalı və Borclu qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6}yam qızmm yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər uşağa görə 110 manat olmaqla, cəmi 200 manat məbləğində aliment alınaraq Tələbkar verilməlidir. Borclu dəfələrlə şöbəyə dəvət m i lməsinə baxmayaraq gəlməmiş və barəsində olan icra sənədi üzrə , yaranmış 380 manat aliment borcunu ödəməyərək icra məmurunun cımmi tələblərini yerinə yetirməmişdir.icra sənədinin icrası ilə əlaqədar olaraq tərəfimdən borcluya dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Borclu, yaranmış borcunu tələbkarın xeyrinə ödəməyərək icra sənədinin icrasından yayınmışdır.İcra sənədinin icrası ilə əlaqədar olaraq tərəfimdən Borclu Əraf oğlu icra sənədi üzrə tələbin təmin edilməsi üçün Şamaxı rayon icra ə probasiya şöbəsinə çağırılsa da, o şöbəyə gəlməkdən qəsdən yayınmış, era sənədinin icrasını təmin etməmişdir. Məhkəmədən Şamaxı rayonu Dağ-Bağırlı kəndində qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Borclu Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şamaxı rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(074)-1184/2019 saylı qətnaməsi edilmiş alimentin miqdarı artırılsın və cavabdeh Borclu qətnamə qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 ə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatana mdanı İması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat məbləğində : alınaraq iddiaçı Tələbkar verilsin. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(074)- 1184/2019 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılsın və cavabdeh Borclu qətnamə qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat məbləğində : alınaraq iddiaçı Tələbkar verilməlidir. İş materiallarında olan Şamaxı rayon icra şöbəsinin 03 dekabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan “borclunun məcburi gətirilməsi haqqında” 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclunun məcburi qaydada Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmış, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında“ Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Şamaxı Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(074)-708/2020 saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Şamaxı rayon icra və probasiya şöbəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Şamaxı rayonu Dağ-Bağırlı kəndində qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Borclu Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Şamaxı rayon Polis Şöbəsinə və Şamaxı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №8(074)-133/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-133/2022
11.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver