Məhkəmə qərarları › İş №8(074)-134/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-134/2024

06.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-134/2024 06.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Tələbkar iştirakı ilə Borclu icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Borlcu Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-56/2023 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Ərizə onun əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-56/2023 saylı icra sənədinə əsasən iddiaçı Tələbkar mülkiyyətində olan, Şamaxı şəhəri, Babaş Şirvani küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən keçən Borclu İB məxsüs qaz xəttinin Birliyin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılmalı, dövlət rüsumu kimi ödənilmiş 100 manat pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat, cəmi 195 manat müştərək qaydada tutularaq Tələbkar ödənilməli, iş üzrə keçrilmiş ekspertizanın xərcini təşkil edən 50 manat “Azəriaz” İB-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsinə dair icra sənədi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 50225/2024- 52-9-002 saylı məktubu ilə Ağsu RQİİ-yə daxil olmuşdur. Belə ki, Şamaxı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-56/2023 saylı icra sənədinin icra edilməsi ilə əlaqədar sözügedən ərazidən çıxarılacaq qaz xəttinin yenidən çəkilməsi üçün müvafiq ərazinin (marşurutun) müəyyən edilməsi məqsədi ilə Ağsu RQİİ tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı ərazi idarəsinə və Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Lakin bu günə kimi müraciətlərin cavabları alınmadığından icra sənədinin icrası mümkün olmamışdır. Odur ki, sorğuların cavabları alınanadək icra sənədini icrasını müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul etməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəni əsassız hesab edir, belə ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)- 56/2023 saylı icra sənədi üzrə qaz xətti cavabdehlərin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılması aid hissəsə icra olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, borclu və icra şöbəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)- 56/2023 saylı qətnaməsindən görünür ki, Tələbkar mülkiyyətində olan Şamaxı şəhəri Babaş Şirvanı küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən keçən Borclunə məxsus qaz xətti cavabdehlərin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılsın. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-56/2023 saylı icra sənədi üzrə icraat icra edildiyindən Borclu tərəfindən verilmiş ərizə təmin olunmamalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-56/2023 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə Borclu tərəfindən verilmiş ərizə təmin olunmasın. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar