Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-135/2022 11.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, ** RV *** dövlət qeydiyyat nişanlı VAZ 2109 markalı minik avtomobilinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, "Agbank"dan kredit götürmüş, krediti ödəyə bilmədiyinə görə o məhkəməyə verilmişdir. Sonra onun işi icra şöbəsinə göndərilmiş, icra şöbəsi onun sahibliyində olan ** RV *** dövlət qeydiyyat nişanlı VAZ 2109 markalı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Lakin cənab prezidentin fərmanı ilə kredit borcları dövlət tərəfindən ödənildi və onunla yeni müqavilə bağlandı. Hazırda illik bir faiz hesabı ilə kredit borcunu ödəyir. Eyni zamanda bu borclarla bağlı məhkəmə işlərinin icraatına xitam verildi. Bu yaxınlarda o həmin avtomaşını bir nəfərə etibarnamə ilə vermək istəyib. Ona bildirildi ki, maşının üzərindən həbs hələ götürülməyib. O, icra şöbəsinə müraciət etmişdir. Ona bildirildi ki, məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(074)-226/2018 saylı qərardadının surətindən görünür ki, borcu Borclu adına olan “VAZ 2109” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)-932/2018 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu barəsində olan icra sənədi üzrə icraata xitam verildiyindən, beləliklə borclunun avtomobili üzərinə məhkəmənin qərarı ilə qoyulmuş həbsin saxlanılması üçün heç bir zərurət olmadığından, ərizə təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(074)-226/2018 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 2109” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 2109” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(074)- 226/2018 saylı qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-135/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-135/2022
11.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver