Məhkəmə qərarları › İş №8(074)-140/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-140/2022

27.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-140/2022 27.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək İsmayılovun təqdimatına Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 rayon Məhkəməsinin 2(074)-607/2022 saylı 21 aprel 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin 2(074)-607/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X1 25000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 100 manat pul alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. Borclu X3 tərəfimizdən şöbəyə dəvət olunmuş, ona hüquq və vəzifələri izah edilmiş və izahatı alınmışdır. Lakin o icra sənədi üzrə göstərilən borcunu ödəməmişdir. Elektron icra informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borcluda tələbin yönəldilə biləcəyi heç bir əmlak, pul və digər gəlirlər aşkar edilməmişdir. Eyni zamanda borclu iltizam verərək borcundan 3000 manat ödəyəcəyini bildirmiş, lakin heç bir ödəniş etməmişdir. Məhkəmədən borclu X3 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul olunması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(074)-607/2022 saylı məhkəmə əmrinin surətindən görünür ki, Borclu 25000 manat pul, ödənilmiş dövlər rüsumuna görə 100 manat pul alınaraq kreditor Tələbkar ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin 25 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə təklif edilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon icra şöbəsinin 25 may 2022-ci il tarixli icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə təklif edilmişdir. Beləliklə də məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, borclu X3 heç bir üzürlü səbəb olmadan icra sənədini könüllü icra üçün icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 84-1.1 maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Ona görə də məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu xx xxx 1979-cu ildə Şamaxı rayonu Ərçiman kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan X2 ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar