Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-154/2022 14.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu əmlakının üzərinə həbsin qoyulması barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli 2(074)-522/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Borclu adına qeydiyyata alınmış Ford Transit 80S Yük minik markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatda göstərilir ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-522/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar QSC-nin xeyrinə 036R********** saylı kredit razılaşması üzrə 1325.81 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində əsas borc və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar və bildiriş qəbul olunaraq tərəflərə göndərilmişdir. Borclu barəsində müvafiq banklara və təşkilatlara əmlak sorğuları edilmiş, Borclu adına qeydə alınmış “Ford Transıt 80S Yük” minik markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən olunmuşdur. Məhkəmədən Borclu adına qeydiyyata alınmış “Ford Transıt 80S Yük” minik markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclası icra məmurunun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli 2(074)- 522/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu AccessBank QSC-nin xeyrinə 036R********** saylı kredit razılaşması üzrə 1325,81 ABŞ dollar (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində əsas borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 08 aprel 2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 08 aprel 2021-ci il tarilxi 1548/6 saylı bildirişdən görünür ki, Borclu icranı könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarından görünür ki, Borclu adına Ford Transıt 80S Yük” minik markalı **-TD-*** dövlət nişanlı avtomaşın qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Beləliklə, Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Borclu adına olan Ford Transıt 80S Yük” minik markalı **-TD-*** dövlət nişanlı avtomaşın üzərinə həbs qoyulmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, məcburi icra tədbiri kimi göstərilmişdir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu adına olan Ford Transıt 80S Yük” minik markalı **-TD-*** dövlət nişanlı avtomaşın üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Şamaxı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №8(074)-154/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-154/2022
14.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver