Məhkəmə qərarları › İş №8(074)-16/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-16/2023

13.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-16/2023 13.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Pərvin Mehralıyevin təqdimatına Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 2(074)- 92/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(074)-92/2021 saylı icra sənədinə əsasən, cavabdeh Borclu 21 avqust 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 25 iyun 2008-ci il təvəllüdlü X3, 25 noyabr 2009-cu il təvəllüdlü X2 və 24 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, ev 10 D 1 ünvanında qeydiyyatda olan 19 may 1980-cı il təvəllüdlü Borclu yaranmış 7800 manat aliment borcundan 2530 manatını ödəmiş və hazırda aliment borcu 5270 manat təşkil edir. Həmçinin borclunun əmlak və gəlirlərinin axtarışları nəticə verməmişdir. Məhkəmə iclasında Borclu izahat verib göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən, ondan 21 avqust 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 25 iyun 2008-ci il təvəllüdlü X3, 25 noyabr 2009-cu il təvəllüdlü X2 və 24 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Tələbkar ödənilməlidir. İş yeri olmadığı üçün aliment borcu yaranmışdır. Lakin, hazırda iş yeri mövcuddur və o, borcunu tamamilə ödəyəcəkdir. Göstərilənlərə əsasən, təqdimatın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru və icra sənədi üzrə tələbkar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(074)-92/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Borclu 21 avqust 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 25 iyun 2008-ci il təvəllüdlü X3, 25 noyabr 2009-cu il təvəllüdlü X2 və 24 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin 13 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-92/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən İcraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu icra sənədində göstərilən tələbin könüllü icrası təklif edilmişdir. Beləliklə, məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzrlü səbəb olmadan icra sənədini müəyyən olunmuş müddətdə icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. 19 may 1980-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar